Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
Tarix: 19.09.2018 | Saat: 17:33:00
Bölmə:Siyasət | çapa göndər

Sentyabrın 19-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif ilə görüşüb.

Ziyafət Əsgərov görüşdə Azərbaycan parlamentinin yaranması tarixi və inkişafı barədə qonağa ətraflı məlumat verib. Bildirib ki,1918-ci ildə yaranmış parlament 120 nümayəndə və 15 siyasi partiyadan ibarət olub.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Misirlə yaxşı əlaqələr qurub. 1994-cü ildə ümummilli lider Heydər Əliyev, 2007-ci ildə Prezident İlham Əliyev Misirdə səfərdə olublar. Ölkələrimizin beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu deyən Ziyafət Əsgərov qeyd edib ki, Misirlə siyasi, iqtisadi, ticari sahələrdə çox yaxşı münasibətimiz mövcuddur.

Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Misir parlamenti və xalqı adından Azərbaycan xalqını Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Misir parlamenti haqqında məlumat verən qonaq qeyd edib ki, Misirin qanunverici orqanında 596 deputat fəaliyyət göstərir.

Qonaq qeyd edib ki, Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır. O bildirib ki, hər iki ölkə kifayət qədər güclü statusa malikdir və əlaqələrimiz bir çox sahələrdə inkişaf edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018