Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistan baş nazirini Qarabağda iki ayı qarşıladı - GÜNÜN TƏZADLARI
Tarix: 19.09.2018 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Növbəti dəfə beynəlxalq qanunları və Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı ərazilərimizə soxulan işğalçı ölkənin baş naziri Nikol Paşinyanın yolunu iki ayı balası kəsib. Hafta.az yazır ki, bu haqda xəbəri Xankəndidəki separatçı nəşrlər N.Paşinyanın köməkçisi Nairi Sarkisyanın “Facebook” səhifəsinə istinadla yayıb. Baş nazirin köməkçisi Ermənistan liderinin ayılarla şousunun videogörüntülərini paylaşıb. 

“Artsaxa gedirdik, birdən maşınımızın qarşısında iki ayı peyda oldu...”, - deyə N. Sarkisyan yazıb. Paşinyan gülərək ayılarla əylənib, onların əllərindən tutub, başlarını tumarlayıb və fotolarını çəkib...

 

Ağdamlı köçkün qadın İsveçdə deputat seçildi


İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçildi. Hafta.az yazır ki, bu barədə məlumatı Musavat.com-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007- ci ildən İsveçın ən böyük partiyası olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa, 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.
Məlumat üçün qeyd edək ki, 350 000 əhalisi olan Jönköpinq əyalətinin parlamentində 81 deputat var ki, hazırda İradə Əliyeva onlardan biridir.
İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsultant) şirkəti var. 2013- cü ildə isə özü bir qadın cəmiyyəti yaradan İradə Əliyeva əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı - 20 yaşında qızı, 13 yaşında oğlu var. Qızı da siyasətlə maraqlanır və builki seçkilərdə fəal iştirakçılardan biri olub.


Müsəlman ölkəsində onlarca adam spirtli içkidən zəhərləndi


Malayziyada onlarca insan alkoqollu içkidən zəhərləndi. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.Məlumatda bildirilir ki, üç fərqli markaya malik alkoqollu içkidən 15 nəfər zəhərlənərək ölüb. Zəhərləndiyi ehtimal edilən daha 33 nəfər isə xəstəxanalara yerləşdirilib. Onların arasında xarici ölkə vətəndaşları da var. Polis faktla bağlı bəzi mağazalardakı spirtli içkiləri müsadirə edib.


Mayk Tayson Daşkənddə lüks bina aldı


Məşhur amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson Özbəkistan paytaxtındakı beynəlxalq iş mərkəzində tikilməkdə olan çoxmənzilli yaşayış binasının sahibi oldu. Hafta.az yazır ki, bu barədə Trend-ə beynəlxalq iş mərkəzinin rəhbərliyindən məlumat veriblər. “Gardens Residence” yaşayış kompleksi 8 hektar ərazini əhatə edəcək. Qeyd olunur ki, yaşayış kompleksi 9 premium sinifli binadan ibarət olacaq. 1 138 mənzildən ibarət yaşayış kompleksinin 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.


20 nəfərdən çox adam şaurmadan zəhərləndi


Rusiyada 20 nəfərdən çox insan küçə şaurmasından zəhərləndi. Hafta.az yazır ki,
Trend-in məlumatına görə, Yujno-Saxalinski vilayətində 20-dən çox insan Yoluxucu xəstəliklər xəstəxanasına müraciət ediblər. Xəstəxananın yaydığı məlumatda qeyd olunur ki, hazırda 23 insan zəhərlənmədən yatır. Bildirək ki, zəhərlənməyə səbəb şaurmaya vaxtı ötmuş məhsulların vurulması olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018