Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aşura günü dönər ehsanı - FOTOLAR
Tarix: 20.09.2018 | Saat: 11:01:00
Bölmə:Sosial | çapa göndər

Aşura mərasimi müanasibəti ilə "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Qədir Xum" dönərxanasında dönər ehsanı verilir.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, dönər ehsanı səhər saatlarından Qətlsınma mərasiminə - yəni, saat 12:00-a qədər davam edəcək. Dönərçi İqbal Qəribov ehsanı İmam Hüseyn və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna ehtiram əlaməti olaraq verdiyini açıqlayıb.

İqbal Qəribov artıq bir neçə ildir ki, Aşura günü dönər ehsanı təşkil etdiyini deyib. O, hər il 50-60 dönəri islam fədailəri üçün ehsan etdiyini söyləyib:

"Mən dönərçiyəm. Gücüm buna çatır. İnsanların qarnı doyur, çay da veririk. Şirniyyat da qoymuşuq. Gələnlər pul verirlər dönər üçün, almırıq. Təəccüblənirlər. Deyirik ki, ehsandır, ilk dəfə dönər ehsanı verən şəxslə qarşılaşdıqlarını deyirlər. Burada qəribə heç nə yoxdur. Dönərçinin ehsanı dönər olar də".


Hətta Ahmad Muhammad adlı pakistanlı müştərinin dönərdən ehsan olmasını təbəssümlə qarşıladığını gördük. O, "Allah qəbul etsin, yaradıcı ideyadır" deyib dönərçi İqbal Qəribova təşəkkür etdi.

Dönərçi 3 saat ərzində daimi müştərilərinə dönər ehsan edəcəyini vurğuladı.

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018