Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Koreya səfirliyi Cocuq Mərcanlı sakinlərini dəstəkləmək üçün tədbirlər keçirəcək
Tarix: 20.09.2018 | Saat: 13:25:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 21-22 sentyabr tarixlərində Koreyanın Azərbaycandakı səfirliyi və “SEBA” Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı, Cəbrayıl rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində illər sonra öz torpaqlarında məskunlaşmış sakinləri dəstəkləmək üçün tədbirlər həyata keçiriləcək.

Koreyanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, tədbir çərçivəsində Koreya haqqında yazılmış inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması, bütün şagirdlərin məktəb ləvazimatları ilə təmin edilməsi, eləcə də "LG Electronics" və "Samsung Engineering"in sponsorluğu ilə Cocuq Mərcanlı ailəsinin ziyarət olunub məişət texnikaları hədiyyə olunması nəzərdə tutulur.

Eyni zamanda, Cocuq Mərcanlının 200 nəfərdən çox sakininə “SEBA” Koreya Şərq Təbabəti Klinikasının şərq və qərb üsulları ilə müayinə və müalicə aparan azərbaycanlı və koreyalı altı mütəxəssis-həkiminin, dörd tibb personalının və on nəfər köməkçi heyətin iştirakı ilə tibbi xidmət göstəriləcək.

Nəzərinizə çatdırmaq istərdik ki, bu tədbir “SEBA” Koreya Şərq Təbabəti Klinikasının sayca 5-ci layihəsidir. Onlardan 3-ü Koreya səfirliyi ilə birgə həyata keçirilib.

Tədbir çərçivəsində həmçinin “SEBA” Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəbin bütün şagirdlərinə, hər bir şagirdin yaş kateqoriyasına uyğun olaraq “TEAS PRESS” Nəşriyyat evinin kitablarının hədiyyə edilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, Koreyanın Azərbaycandakı səfirliyi 2014-cü ildən başlayaraq Dağlıq Qarabağ müharibəsi zamanı yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirləri təşkil etməkdədir. Bu cür tədbirlərin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018