Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Aşura ağrı-acıları paylaşmaqdır” – Yusuf Suiçməz
Tarix: 20.09.2018 | Saat: 13:31:00
Bölmə:Müsahibə | çapa göndər

Bu gün dünyanın hər yerində şiə məzhəbindən olan müsəlmanlar dərin yas içində Aşura gününü anırlar. O cümlədən Azərbaycan da məscidlərə axışan şiələr İmam Hüseynin Kərbəla çölündə şəhid edilməsini göz yaşları içində xatırlayaraq, zülmə-qəddarlığa, haqsızlığa qarşı üsyan edirlər. Lakin məndə məhz bu günlə bağlı artıq inanclılar arasında ənənəyə çevrilmiş bəzi hallar maraq doğurur: onlar olmalıdır, yoxsa yox? Şimali Kipr Türk Cümhuriyyətnin keçmiş Din İşləri İdarəsinin rəhbəri, hazırda Yakın Ortadoğu Universitetinin İlahiyyat fakültəsinin dekanı, doktor Yusuf Suiçməzlə qısaca söhbət edib, Aşuraya dair fikirlərini soruşdum. 

- İslam inancına görə, Aşura insanlar üçün sevinc, paylaşmağı bacarmaq, ümid və ağrı-acıları birlikdə ifadə edən düşüncə tərzidir. Bir misal deyim: Həzrət Nuhun gəmisində qorxu və təlaş içində olan insanlar Aşura ümidi və ərzaq paylanıb. Haqqında danışdığımız Kərbəla faciəsinə gəldikdə, burada Aşura məhz ağrı-acıları paylaşmaqdır.

- Ramazan kasıbların qarnını doyurmaq, imkansıza kömək eləmək baxımından çox faydalıdır. Elə isə Aşuranın insanların həyata baxışında rolu nədən ibarətdir, cəmiyyətə nələr aşılayır bu gün?

- Aşura tamam fərqli və ayrıca bir ibadət günüdür. Müsəlmanlar Ramazan ayında tutulan orucdan əvvəl Aşura orucunu tutarlardı. Amma indi Aşura orucunu Ramazan orucundan sonra tutmaq məcburiyyətində və ya istəyində qalıblar. Bilirsiniz, orucun ümumi məqsədi insanın nəfisini tərbiyə etməsidir. Aşura günü və orucunu da bu müstəvidə dəyərləndirmək lazımdır.

- Qədimdən bəqi şiə təriqətinin ardıcılları Aşura günü bədənlərini kəsici alətlərlə kəsib-doğrayır, zəncirlə kürəklərinə çırpıb qanlarını tökürlər. Onlar hesab edirlər ki, bu cür qanlarını axıtmaq İslama və şiəliyə görə çox vacibdir. Bir ilahiyyatçı olaraq deyin: bu özünəqəsd davranışı yanlışdır, yoxsa doğru?

- Hesab edirəm bir insanın başqalarının acılarını hiss etməsi və paylaşması əxlaqlı davranışdır. Amma bir insanın özünə əziyyət verməsi, bədənini yaralaması İslamda caiz deyil. Tarixdə yaşanmış acıları canlı tutup, insanlar arasında düşmənçilik toxumu səpmək döğru olmadığı kimi, tarixi hadisələrdən ibrət götürməmək də düzgün deyil. İnsanların Kərbəla hadisələri kimi acıları bir daha yaşamamaları için bir-birilərini daha çox sevməli, sülhün bərqərar olması məqsədilə paylaşmağı bacarmalıdırlar.

- Məsələn, Azərbaycanda öz bədənini yaralama kimi aksiyalara əl atmaq birmənalı şəkildə yasaqdır. Amma dövlət əvəzində imanlılara söylədi ki, bədənini yaralayıb, qan axıtmaq vaibdirsə, Aşura günü qan verib, ehtiyaclı xəstələrə kömək etsinlər. Artıq xeyli müddətdir Aşura günü Azərbaycanda qanvermə aksiyası təşkil olunur və bu gün də insanlar eyni cür qan verirlər. Bu məsələyə münasibətiniz necədir?

- Qan vermək çox xeyirli işdir. Bir insanın öz qanını boşuna axıtması isə İslam dininə caiz olmadığı kimi, tibbi baxımdan da zərərlidir. Hesab edirəm ki, bu müstəvidə Azərbaycan hökumətinin qərarı çox müsbət, düşünülmüş qərardır.

- Şiələrin inancına görə, Aşuradan 10 gün öncə başlayaraq tam 50 gün ərzində toy-düyün, hətta doğum günü tədbirləri və sair kimi şənliklərin keçirilməsi haramdır və daha doğrusu, günahdır. Amma bəzən olur ki, sünnilər bu 50 gün ərzində mənəvi qadağalara məhəl qoymur, yəni toy-nişan edirlər. Buna görə də bəzən şiələrin ittihamları ilə üzləşirlər. Necə deyərdisiniz: 50 gün yas saxlayıb, şənliklərdən uzaq dayanmaq lazımdırmı?

- İslam alimləri, ümumi yanaşdıqda, matəm saxlamağı, yasa batmağı xoş qarşılamayıblar. İslam inancına əsasən zülmə qarşı həssas olmak lazımdır, amma bunu matəm və ya yasa çevirmək olmaz. Haqqında danışdığımız matəm şiələrin Kərbəlada baş vermiş qətliamı canlı yaşatmaq istəyi ilə bağlıdır. Kərbəlada yaşanan acıları heç bir müsəlman, hətta qeyri-müsəlman belə xoş qarşılamır və hər kəs baş verənləri təəssüflə anır. Amma yenə deyirəm, həmin tarixi hadisəni sürəkli şəkildə yasa, matəmə çevirmək də doğru deyil.

- Aşura günü şiələr səhər saatlarından etibarən günorta saat 12-dək işləməz, paltar yumaz, hətta hamama belə girməzlər. Onlar düşünürlər ki, saat 12-de İmam Hüseyn şəhid olacaq və buna görə də işləsələr və ya yuyunsanlar günah olar. Amma məntiqlə yanaşsaq, məncə səhər saatlarında deyil, məhz saat 12-dən sonra – imam şəhid edildikdən sonra bir neçə saat ərzində özlərini hər cür işdən kənarda saxlamaqla, peyğəmbərimizin nəvəsinə ehtiram olaraq yas saxlamalıdırlar. Bu məsələni siz necə şərh edərdiniz?

- Əslində işləyib əmək sərf eləmək, yuyunub-təmizlənmək, yemək bişirib yemək və sair xeyirli işlər hesab olunur. Yas tutmaq məqsədilə bunları etməmək insanın özünü xeyirlərdən uzaqlaşdırması deməkdir. İmam Hüseyn də sağlığında bu cür xeyirli işlərin görülməsini istəyərdi. Ona görə də sadaladığımız xeyirli işlərdən müvəqqəti də olsa kənarlaşmamaq həzrət Peyğəmbərimizin və həzrət Hüseynin sünnətinə daha çox uyğundur...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018