Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyanın sərsəm bəyanatları növbəti aprel döyüşlərinə gətirib çıxara bilər” – Yaşar Aydəmirov
Tarix: 20.09.2018 | Saat: 15:48:00
Bölmə:Siyasət | çapa göndər

“İşğalçı Ermənistanın baş nazirinin axırıncı sərsəm bəyanatlarından sonra sözsüz ki, aprel döyüşləri daha geniş və dərin variantda təkrarlana bilər. Paşinyan axırncı sarsaq danışıqları ilə ölkəsinin daxilində olan kritik vəziyyəti bizim üstümüzə atmağa çalışır”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı, hərbi ekspert Yaşar Aydəmirov deyib. Ölkə başçısı İlham Əliyevin Biləsuvar rayonuna səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirən Yaşar Aydəmirov onu da vurğulayıb ki, Nikol Paşinyanın bu cür sərsəmləmələri cəbhə xəttində gərginliyə gətirib çıxarır:

“O, bu cür bəyanatlarla daha çox öz camaatını, əhalisini xoflandırmağa can atır. Paşinyan bu cür bəyanatlarla bizi qıcıqlandıra bilməz. Bunlar sadəcə sərsəm bəyanatlardır. İşğalçı ordu hər hansı bir tərpəniş etməyə cəhd göstərsə Azərbaycan Ordusu qısa bir zamanda onları yerində oturtmağa qadirdir. Ona görə də bu cür sərsəm bəyanatlara fikir vermək lazım deyil”.

Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrində xidmət edən şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilən son hərbi təlimlərə də fikir bildirib: “Son hərbi təlimlərin əsas məqsədi şərti düşmən üzərinə hücuma keçmək,əks-hücum həmlələrini dəf etmək, müdafiə döyüşləri aparmaqdan ibarətdir. Bu il düşmənin sərsəmləmələrinə konkret cavablar verildi. Budəfəki təlimlərin əsas məqsədi Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərinin Dağlıq Qarabağ ərazisində, işğal altındakı ərazilərimizin dərinliyində olan erməni birləşmələrinə və qruplaşmalarına sarsıdıcı zərbə endirmək idi. Bu təlimlər istənilən an praktiki fazaya keçirilə bilər”.

Ehtiyatda olan generalın sözlərinə görə, Azərbaycan Ordusunda mənəvi-psixoloji hazırlıq həmişə yüksək səviyyədə olub: “Bu da bizim qanımızdadır. Hətta Atropat, Uzun Həsən dönəmlərində də bizim ordularımızda ən ümdə məsələ mənəvi-psixoloji hazırlıq idi. Bu gün Azərbaycan Silahlı Qüvvələrində mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə saxlayan insitut var. Yəni, bir sistem mövcuddur. Bu sistem də gecə-gündüz işləyir. Orada psixoloqlar, komandir köməkçiləri, mənəvi-psixoloji hazırlıqla bağlı çalışan zabitlərimiz var. Onların sayı bir deyil, beş deyil... Əsas məqsədləri döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün mənəvi-psixoloji hazırlıq səviyyəsini həmişə zirvədə saxlamaqdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018