Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan dayanıqlı və balanslı iqtisadi inkişafa nail olmağa çalışır - EKSPERT
Tarix: 20.09.2018 | Saat: 16:12:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Regionlar yalnız Azərbaycan iqtisadiyyatının şaxələnməsi baxımından deyil, həm qeyri-neft sektorunun əmtəə diversifikasiyası baxımından əhəmiyyətlidir. Artıq qeyri-neft sektorunun özü bir neçə əmtəə hesabına formalaşır. Regionların inkişafı eyni zamanda balanslı iqtisadi inkişaf baxımından vacibdir. Cənab Prezidentin regionlara mütəmadi olaraq etdiyi səfərlər onu təsdiq edir ki, Azərbaycan dayanıqlı və balanslı iqtisadi inkişafa nail olmağa çalışır.”

Bu fikirləri hafta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artıq ölkəmizdə qeyri-neft sektorunda regionların payı hissediləcək qədər yüksəlib:

“Balanslı iqtisadiyyat vacibdir. Bu, həm dayanqlı iqtisadi inkişafın əsasını qoyur, həm də məşğulluğun təmin edilməsində müsbət rol oynayır. Həmçinin regionların movcud infrastruktur baxımından daha çox xarici sərmayə cəlb etməsi baxımından əhəmiyyətlidir. Balanslı iqtisadiyyatla bağlı aparılan iqtisadi siyasətin hədəfi də Azərbaycan iqtisadiyyatında regionların payının artırılması və xüsusən də qeyri-neft sektorunda regionların əhəmiyyətli paya malik olmasına nail olmaqdır. Balanslı iqtisadi inkişaf regionla Bakı arasında fərqin aradan qaldırılması, regionların makroiqtisadi göstəricilərinin formalaşmasındakı payının artmasından ibarətdir. Bu kontekstdə regionlara investisiyanın cəlb edilməsi ilə bağlı ölkə başçısının göstərişləri, hər bir regionun cəlb etdiyi sərmayənin həcminə uyğun olaraq fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı meyarların müəyyənləşdirilməsi ondan xəbər verir ki, məqsəd inkişafın mərhələli şəkildə paytaxtla region arasında paylaşdırılmasına nail olunmasından ibarətdir. Statistikaya nəzər salsaq görərik ki, 2017-ci ilin yekunlarına əsasən, qeyri-neft sektoru ixracatının 70 faizi regionların payına düşüb. Regionlarda məşğulluğun payı ümumi məşğulluğun təxminən yarısı səviyyəsindədir. Göründüyü kimi, iqtisadiyyatın diversifikasiyasında regionların payı artmaqdadır. 

Xüsusən də postneft dövrünün son üç ilinin iqtisadi yekunları göstərir ki, bu konstekstdə regionların payı yüksəlməkdədir. Ənənəvi sektorda atılan addımlar ondan xəbər verir ki, hədəf mərhələli şəkildə regionla paytaxt arasındakı fərqin aradan qaldırılması və balanslı iqtisadi inkişafın bərqərar edilməsindən ibarətdir”.

Ekspert bildirib ki, bu istiqamətdə atılan addımlar mərhələli şəkildə regionlarla paytaxt arasındakı fərqi aradan qaldıracaq: “Bu gün Azərbaycanda sənaye məhəllələri, sənaye parkları da yaradılır. Bu addım yerli istehsalın artması və qiymətlərin tənzimlənməsinə imkan verəcək. Burada başlıca məqsəd regionlarda sənayeləşmənin dəstəklənməsi, sənaye müəssisələrinin formalaşmasına nail olmaqdır. Məlumdur ki, hər bir rayonun özünün spesifik xüsusiyyəti var, sənaye məhəllələri yaradılan zaman da bu spesifik xüsusiyyətlər nəzərə alınmalıdır. Sənaye məhəllələrinin yaradılması regionlarda aqrar sektordan daha çox sənaye və emal sektoruna keçid kimi qiymətləndirilməlidir. Azərbaycanda təbii ki, aqrar sektorun inkişafı vacibdir. Amma eyni zamanda aqrar sektorun emaledici sektora transfer edilməsi, sənaye müəssisələrinin istehsalının təşviq edilməsinə də ehtiyac var. Sənaye Məhəlləsi də məhz həmin sənaye istehsalını nəzərdə tutan bir layihədir. Onun reallaşması imkan verəcək ki, regionlar yalnız aqrar məhsullar deyil, həm də sənaye məhsulları ilə də ortaya çıxa bilsin”.
Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018