Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aşura günü Bakı səmasında “Allah” “yazısı” göründü - GÜNÜN TƏZADLARI
Tarix: 20.09.2018 | Saat: 18:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda məscidlərdən birinin qarşısında toplaşan insanlar maraqlı mənzərə ilə qarşılaşdılar. Hafta.az 1news.az-a istinadla yazır ki, səmada ərəb dilində Allah yazısına bənzər görüntünün peyda olduğu iddia edilib. 

Qeyd edək ki, sentyabrın 20-də Azərbaycanda Hicri Qəmər təqvimi ilə Məhərrəm ayının 10-una təsadüf edən Aşura günü qeyd edilib. Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

 

Prezidentə 2 ton göbələk hədiyyə edildi


Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarına hədiyyə qismində iki ton matsutake delikates göbələyi verdi. Hafta.az "Report"a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya rəhbərinin mətbuat katibi bildirib. Onun sözlərinə görə, göbələk Seula təyyarə ilə gətirilib və prezident onların Koreya müharibəsi zamanı ayrılmış və hələ də KXDR-dən olan qohumları ilə qovuşmayan ailələrə paylanmasına dair göstəriş verib.
Qeyd edək ki, matsutake göbələkləri Yaponiya, Çin, Koreya və Şimali Amerika mətbəxində xüsusilə dəyərlidir. Bu göbələklər toplandıqdan iki-üç gün sonra əvvəlki formasını itirir.


Məktəbə hicabla gedən qızların ataları tutuldu


Qazaxıstanda övladlarının məktəbə hicabla buraxılmamasına etiraz edən valideynlər inzibati həbs cəzasına məruz qaldı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, bu haqda Aktübinsk vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Buna qədər həmin şagirdlərin atalarını guya qızlarını məktəbə baş örtüsü ilə getməyə məcbur etdiklərinə görə dəfələrlə cərimələyiblər. “Onlarla profilaktik iş aparılıb, amma nəticə olmayıb. Şagirdlər yaylıqlarını açmayıblar və ona görə də ikinci ilə qalıblar”, - deyə mətbuat xidmətindən bildirilib.
Bu minvalla polislər 3 ataya qarşı “İctimai asayişin pozulması” maddəsi ilə inzibati cəza haqda protokol tərtib ediblər. Valideynlərdən ikisi 3, biri isə 5 sutkalıq həbsə məhkum edilib.


Goranboyda at avtomobili aşırdı


Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verdi. Hafta.az yazır ki, "Report"un Qərb bürosunun məlumatına görə, rayonun İrəvanlı kəndində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub və nəticədə, yol kənarına aşıb. Qəza zamanı Goranboy rayon sakinləri - 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb. Faktla bağlı araşdırma aparılır.


Ronaldo qırmızı kart aldı və ağladı


İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində “Valensiya” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırıldı. Hafta.az-ın Oxu.az-a istinadla verdiyi xəbərə görə, hakim Feliks Brix portuqaliyalı ulduzu matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb. Hakim hesab edib ki, Ronaldo meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştiano meydançanı göz yaşları içərisində tərk edib.
Qeyd edək ki, matç “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər oyununda “Mançester Yunayted” səfərdə “Young Boys” komandasını 3:0 hesabı ilə məğlub edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018