Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaraçuxur məscidində qanvermə aksiyası
Tarix: 20.09.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Paytaxtın bütün məscidlərində Aşura mərasimi keçirilir. Biz də Suraxanı rayonunda fəaliyyət göstərən bir neçə məsciddə olduq. Əvvəlcə yolumuzu Qaraçuxur məscidindən saldıq. Məscidin ətrafında və həyətində sakinlərin təhlükəsizliyi üçün hər çür şərait yaradılmışdı və “təcili yardım” maşını dayanmışdi.

Məsciddə Aşura günü ilə bağlı qanvermə aksiyası təşkil olunmuşdu. Sakinlər könüllü şəkildə qan verirdilər. Məscidin həyətində nizam-intizam hökm sürürdü. İlk baxışdan hiss olunurdu ki, adıçəkilən Allah evində dini qaydalara düzgün riayət olunur. Biz də qanvermə aksiyasının təşkil olunduğu otağa daxil oluruq. Vətəndaşlar sərbəst şəkildə otağa daxil olur, qeydiyyatdan keçir və ilkin analizdən sonra qan verirdilər. Aksiya Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən aparılırdı.

MKB-nın əməkdaşı həkim-terapevt Günel Əliyeva qanvermə aksiyasının gedişatı və təşkili barədə hafta.az-a məlumat verərək bildirdi ki, kömək üçün 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim briqadası da bu işə cəlb olunub. Onun sözlərinə görə, aksiya otağına lazım olan peraparatlar gətirilib: «Laboratoriya kimi təşkil olunub. Həkim briqadası tərəfindən qanverməyə gələn insanlardan, ilk öncə, anammestik məlumat toplayırıq. Yəni onlar ilk müayinədən keçirlər. Tam sağlam innsanlardan qan alınır”. Günel Əliyeva söylədi ki, qanverməyə gələnlər arasında xəstə insanlar da var. Onun sözlərinə görə, bu xəstəliklər qanla keçən “Hepatet-B”, “Hepatet-c” və s. xəstəlikləridir: «Qanverməyə gələn bir qrup insanda adları çəkilən xəstəliklərin olduğu aşkarlanır. Bu haqda həmin insanların özlərinə məlumat veririk və məsləhət gördük ki, gedib müalicə alsınlar. Gigiyenik və tibb qaydalara riayyət etsinlər ki, sağlam adamlar da xəstəliyə tutulmasınlar. Qanköçürmə aksiyasını insanların həyatı üçün çox böyük əhəmiyyət kəsb edir. İlk öncə insanlar gəlib tibb müayinədən keçərək qanlarının təmizliyini və fiziki sağlamlığını öyrənirlər. Digər tərəfdən də qanları saflaşır”. Səhər saat 10.-a olan məlumata görə, burada artıq 100 nəfərdən çox insan qan vermişdi.

Qaraçuxur Qəsəbəsində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Tamara Nəsibova aksiyanın gözəl təşkil olunduğunu dedi: «Vətəndaşlar könüllü şəkildə gəlib qanvermə aksiyasında iştirak edirlər. Biz həkim briqadası olaraq qanverməyə gələn şəxslərin durumuna nəzarət edirik. Aralarında qan verən zaman hüşunu itirə bilən insanlar ola bilər. Onda biz onlara tibb yardım edirik. Şükür Allaha, salamatçılıqır, qanverənlərin arasında bu cür hallar baş verməyib. Aksiya yüksək səviyyədə keçir”.
Hacı Müslüm Həsənov isə dedi ki, məsciddə intizam çox yüksəkdir. Onun sözlərinə görə, Hacı Mir İlyas 2015-ci ildən Qaraçuxur Məscidinə axund təyin edilib. O gələn gündən məsciddə nizam-intizam güclənib və qayda-qanunlara yüksək səviyyədə əməl olunur.
Sonra Məscidin axundu, icma sədri Hacı Mir İlyasla da görüşdük. Axund bildirdi ki, rəhbərlik etdiyi məsciddə 20 ildir ki, Aşura günlərində qanvermə aksiyası keçirilir: «Burada yüksək səviyyədə xidmət göstərilir. Bu gün, həmçinin aksiya mütəşəkkil şəkildə davam edir, çox gözəl tədbirdir. Biz hər birimiz Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təşəkkür edirik ki, onun təşəbbüsü ilə hər il Aşura günündə talassemiya xəstəliyindən əziyyət çəkən insanlar üçün qanvermə aksiyası təşkil olunur. Gördüyünüz kimi, məsciddə sinədöymə, zəncirvurma hadisəsi yoxdur. İnsanlar gəlib imamlarımızın xatirinə könüllü olaraq qan verib gedirlər. Bundan da xoşbəxt nə ola bilər axı?”.

Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən tikintisi yarımçıq qalmış məsciddə də olduq. Həmin məsciddə şərait olmadığına görə qanvermə aksiyası keçirilmirdi. Məscidin həyətində bir tərəfdə qadınlar, digər tərəfdə isə kişilər sıra ilə dayanaraq, mərsiyələrə qulaq asaraq, sağ əllərini asta-asta sinələrinə toxundururdular.
Suraxanı RİH başçısı ictimai-siyasi və humanitar məsələlər şöbə müdrinin müavini, dini qurumlar işinin təşkilatçısı Rəşid Məmmədov aksiya ilə bağlı bildirdi ki, Suraxanı rayonunda 12 məscid, 3 ziyarətgah fəaliyyət göstərir. Onun sözlərinə görə, aksiya ancaq Qaraçuxur Məscidində təşkil olunub. Hazırda 400 nəfər adam qan verib. Qanvermə aksiyası axşam saat 17:00 -a kimi davam edəcək.
R. Məmmədov onu da vurğuladı ki, Yeni Günəşli qəsəbəsində tikintisi yarımçıq qalmış məscidin təmirinə icazə verilib. Artıq məscidin həyəti panelə alınıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tikinti işləri həyata keçiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018