Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İkinci DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək
Tarix: 20.09.2018 | Saat: 22:19:00
Bölmə:Mədəniyyət | çapa göndər

DokuBaku beynəlxalq sənədli film festivalının ikinci buraxılışı 4-9 oktyabr tarixlərində baş tutacaq.

Festivalın builki əsas proqramında 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişi nəzərdə tutulub.

Bu il uzunmetrajlı filmlərdən bir neçəsi müsabiqəyə göndərilən filmlərin arasından seçilib. Festivalda nümayiş olunacaq filmlər kəsişmələr mövzusu altında birləşir. Kəsişmə nöqtəsi məfhumların bir-biri ilə qarşılaşdığı yerdir. Heç kəs və heç nə onların bir birini anlayıb, qəbul edəcəyinə zəmanət verə bilməsə də, kəsişmə nöqtəsində məfhumlar bir-biri ilə qarşılaşır, varlıqlarından xəbərdar olur. Qarşılaşan məfhumlar çox fərqli ola bilər, ən azından bu qarşılaşma onlara ətrafda baş verənlərə fərqli perspektivlərin pəncərisindən baxmaq şansı qazandırır. Festival təşkilatçıları deyir ki “bu il ortaya qoyduğumuz mövzularla həm fərqli məfhumların kəsişmə nöqtəsini göstərmək, həm də özümüz bir növ kəsişmə nöqtəsi olmaq istəyirik – fərqli fikirlərin səsləndiyi və dinləndiyi yer.”

Festivaldan öncə DokuBaku komandası sentyabrın 22-si, saat 18:30-da, Baku IdeaLab-də Dövlət Film Fondu ilə olan əməkdaşlıq nəticəsində Oqtay Mirqasımovun “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” filmini nümayiş etdirəcək. Filmdə bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir. Nümayiş baş tutacaq. Ənənəyə sadiq qalaraq, nümayişdən sonra rejissor Oqtay Mirqasımovla birgə müzakirə olacaq.

Festivalın əsas proqramı gələn həftə açıqlanacaq. Film nümayişlərindən əlavə professional və həvəskar rejissorlarının inkişafına təkan verilməsi məqsədi ilə festival günlərində ustad dərsləri keçiriləcək. Festival vaxtı baş verəcəklərdən xəbərdar qalmaq üçün https://www.dokubaku.org/ və https://www.facebook.com/dokubaku.idff/ səhfələrin izləyə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018