Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əsrlərə bərabər müqavilə - “Əsrin müqaviləsi”
Tarix: 21.09.2018 | Saat: 18:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

1994-cü il Azərbaycanın müstəqillik tarixində mühüm yer tutur. Məhz həmin il Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində, Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Həmin ilin dekabr ayında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olundu.

«Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. «Əsrin müqaviləsi»nin imzalanmasının ən böyük nailiyyətlərində biri də ölkəmizin ictimai-siyasi sabitliyə nail olması oldu. Eyni zamanda, Azərbaycanda iqtisadi təhlükəsizlik yarandı ki, ölkəmiz bunun sayəsində nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrildi.

Heydər Əliyev ideyalarının davamçısı Prezident İlham Əliyev tərəfindən bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda əsas məqsəd neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdir ki, buna da uğurla nail olunur.
Xatırladaq ki, təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoko”, “bp”, “MakDermott”, “Yunokal”, “ARDNŞ”, “ LUKoyl”, “Statoyl”, “ Ekson”, “Türkiyə Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlayıb.
“Əsrin müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. Bu, dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açıb. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Qeyd edək ki, «Əsrin müqaviləsi» imzalandıqdan sonra növbəti mərhələdəki işlər uğurla davam etdirildi. Belə ki, «Əsrin müqaviləsi»nin ardından 1996-cı ildə artıq «Şahdəniz» yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə «Çıraq» platformasından ilk neft çıxarıldı. 1998-ci ildə Bakı – Novorssiysk neft kəməri bərpa olundu və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi. 2012-ci ildə TANAP üzrə layihə imzalandı. Ötən il sentyabrın 14-də isə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində, hesablamalara görə, neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır. Bu da o deməkdir ki, yeni sazişin icrası nəticəsində dövlətimizin gəlirləri daha da artacaq.

Azərbaycan sabit və mühüm enerji mənbəyi olmaqla sərmayələr üçün də etibarlı ölkədir. Ölkəmiz bu gün də transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məhz son 24 ildə həyata keçirilən transmilli layihələr hesabına Azərbaycanın dövlət büdcəsinə 10 milyardlarla dollar vəsait daxil olmuşdu. Əgər 2003-cü ildə dövlət büdcəmiz 1,3 milyard dollar idisə, bu gün bu rəqəm 18-20 milyard dollaradək yüksəlib. Valyuta ehtiyatları 2003-cü ildə 1,6 milyard dollar idisə, 2015-ci ildə onun həcmi 54 milyard dollara çatdırılıb.
“Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı uğurlar barədə danışan iqtisadçı-ekspert Fikrət Yusifov deyib ki, bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin xilasına çevrildi: “1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmasa da, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə o idi ki, yatırımların 2,2 milyard dolları neftdənkənar sahələrə yönəldilmişdi. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. 1996-cı ildən etibarən isə ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı”.

Onun sözlərinə görə, Azərbaycanda həyata uğurlu siyasət nəticəsində ötən ilin sentyabr ayının 14-də "Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü üzrə düzəlişlər edilərək yenidən imzalanıb: "Müqavilənin müddətinin başa çatmasına 7 il qalmış onun 2050-ci ilə qədər uzadılması hökumətin neft strategiyasında yeni bir səhifənin açılması demək idi. Yeni şərtlər Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək ki, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış "Əsrin Müqaviləsi” üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında bu müqavilənin çox böyük əhəmiyyəti olacaqdır. Onun 23 il ərzində icrası "Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi ki, bu da proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var və ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da yüksələcək".

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018