Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb-VİDEO
Tarix: 22.09.2018 | Saat: 14:13:00
Bölmə:Dünya Video | çapa göndər

Bu gün səhər İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktında həlak olanların sayı 24 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Press TV telekanalı məlumat yayıb. Silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir. Terrorçulardan 4-ü öldürülüb.

Hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, terror aktı nəticəsində 53 nəfər yaralanıb. Yaralananlar arasında uşaqlar və qadınlar da var.

13:22

İranda hərbi parad zamanı törədilən terror qurbanlarının sayı 11 nəfərə çatıb.

Hafta.az İran KİV-nə istinadən xəbər verir ki, 30-dan çox insan yaralanıb. Zərərçəkənlər arasında uşaqlar və qadınlar da var. Silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, terror aktı zamanı 20 nəfər yaralanıb, terrorçulardan 4-ü öldürülüb.

Hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

Xatırladaq ki, bu gün səhər İranın cənubunda yerləşən Əhvaz şəhərində terror aktı törədilib. Hərbi parad zamanı naməlum şəxslər ətrafdakılara atəş açıblar.

11:34

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əsgərinin öldüyü bildirilir.

Hafta.az-ın məlumatına görə, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.

10:53

Bu gün İranın cənub-qərbindəki Əhvaz şəhərində hərbi parad zamanı dəhşətli terror aktı baş verib.

Hafta.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, şəhərdə keçriilən hərbi parad zamanı çoxlu sayda silahlı hərbçilərə atəş açıb. Çoxsaylı ölən və yaralananlar var. “Mərasim zamanı çoxsaylı silahlı atəş açmağa başladı, xeyli ölən və yaralanan var” - İran televiziyası bildirir.

Press.tv isə parad zamanı həm də partlayış baş verdiyini bildirir. Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2019
22.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
Metro çıxışlarında kəskin qoxulu səyyar köşklərə kimlər nəzarət edir? - FOTOLAR
Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik
Avropa İttifaqının Biznes Missiyası Lənkərana səfər edib
Prezident İlham Əliyev Çexiya Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb
Hazırda Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir
Banklar tərəfindən artıq restrukturizasiya proseslərinə başlanılıb
Şəmkirçay sutəmizləyici qurğusu yaxın aylarda istismara veriləcək