Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təxirəsalınmaz tədbirlər həyata keçirilir - FHN
Tarix: 23.09.2018 | Saat: 15:37:00
Bölmə:Hadisə | çapa göndər

Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan müraciətlərlə əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hafta.az FHN-ə istinadən bildirir ki, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsini davam etdirir.

Görülmüş işlər nəticəsində çağırış olan bəzi ünvanlarda suyun kənarlaşdırılması təmin olunmuş, köməyə ehtiyacı olan insanlara müvafiq köməklik göstərilmişdir.

Əlavə məlumat veriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018