Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İran və Azərbaycan jurnalistlərinin Şurası yaradılacaq” – Seyid Əli Musəvi
Tarix: 02.10.2018 | Saat: 16:00:00
Bölmə:Gündəm | çapa göndər

Bu yaxınlarda İranın ölkəmizdəki səfirliyinə yeni mətbuat katibi təyin olunub. Gəldiyi gündən onunla görüşmək fürsətim olmadığından, məhz bu gün bir araya gələ bildik. Onu siz oxuculara da tanıdım: Seyid Əli Musavi, səriştəli diplomatdır, əvvəllər də Azərbaycanda fəaliyyət göstərib. Onunla məhz mediaya aid olan bəzi məsələləri müzakirə elədik.

Müsahibimiz deyir ki, əvvəllər Bakıda iki səfirlə işləmək şansı olub və bu, üçüncü səfirdir. “Ağaye Məhəmmədbağır Bəhraminin səfir olduğu dönəmdə səfirliyin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışam. O dönəmdə vəziyyət bir az qarışıq idi, mətbuatda qarşılıqlı olaraq xoşagəlməz fikirlər əksini tapırdı. Düzdür, mən mətbuatla əlaqədar işlərə baxmırdım. Buna baxmayaraq, çox təəssüflənirdim. Sonradan ağaye Möhsün Pakayin Azərbaycana səfir təyin olundu. O, yaxşı diplomat idi, münasibətlərə öz siyasi təcrübəsindən yanaşırdı və ona görə də hər şey yoluna düşdü - ikitərəfli əlaqələr ən yüksək səviyyəyə yüksəldi” deyir cənab Seyid Əli Musəvi.

“Bilirsiniz ki, son illər ərzində İran və Azərbaycan prezidentləri üst-üstə 12 dəfə görüşüblər, bu da əlaqələrin necə yaxşı olduğunu sübut edir. Hesab edirəm ki, siyasi müstəvidə əla olan əlaqələr iqtisadi-ticari münasibətlərin də inkişafını sürətləndirəcək” deyən diplomatın fikrincə, bu məsələdə mətbuatın rolu əvəzsizdir.

Cənab Musəvi Azərbaycanda mətbuatın xeyli inkişaf etdiyini, hətta bu baxımdan keçmiş sovet ölkələrinin mediasını geridə qoyduğunu bildirir: “Azərbaycan mətbuatında çox gözəl təhlili yazılar yayımlanır ki, bu ancaq alqışlanmalıdır. Tehranda Qafqaz üzrə idarə fəaliyyət göstərir. Mən orda olanda da baxırdım ki, görüm İranla bağlı nələr yazılır. Qeyd etməliyəm ki, əvvəllər mətbuat səhifələrində bəzən İranla bağlı heç də yaxşı olmayan yazılar yazılardı. Amma ölkələrimiz arasında əlaqələr inkişaf etdikcə, insanlar bir-birini daha yaxşı tanıdıqca belə hallar aradan qalxmağa başladı”. O, iki ölkənin jurnalistləri arasında gələcəkdə həyata keçirmək istədiyi bir sıra planlarından da söz açdı. Deyir ki, bu vəzifədə yenidir və hələlik jurnalistlərlə tanış olur. Amma yaxın aylarda Azərbaycan mətbuatından bir qrup jurnalisti Şiraz və İsfahan turuna göndərmək istəyir. “Fikirləşirik ki, İslam inqilabının növbəti ildönümü qeyd olunan tarixdə, yəni üzümüzə gələn fevral ayında bir qrup media işçisini Tehrana göndərək. Çünki İnqilab günü ən möhtəşəm bayram tədbirləri məhz Tehranda qeyd edilir və azərbaycanlı jurnalistlərin həmin tədbirlərdən aldığı təəssüratları gəlib burada yazması yaxşı olardı” deyən Seyid Əli Musavi maraqlı bir xəbəri də diqqətimizə çatdırdı. Deyir ki, İran və Azərbaycan jurnalistlərinin Şurasının yaradılması nəzərdə tutulub. Xüsusən də Azərbaycanla həmsərhəd vilayətlərlə media sahəsində əlaqələrin genişləndirilməsi müsbət nəticə verərdi və hazırda bu müstəvidə işlər görülür.

Yeni mətbuat katibi Azərbaycan jurnalistlərinin İran mətbuatında yayımlanan xəbərlərdən çox az istifadə etdiyini də təəssüflə dilə gətirib, bildirir ki, hazırda İranda Azərbaycana məxsus bir-iki mətbuatın nümayəndəliyi, İranın da Bakıda cəmi iki meda təmsilçiliyi fəaliyyət göstərir. O, tərəflərin qarşılıqlı şəkildə təmsilçiliklərinin sayının artırılması məsələsini də müzakirə etdiklərini bildirdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019