Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
«Gəlin Parisi Bakı ilə əvəzləyək» - rusiyalı jurnalistin Azərbaycan təəssüratları
Tarix: 04.10.2018 | Saat: 12:36:00
Bölmə:Siyasət | çapa göndər

Son illərdə Bakı ilə Moskva arasında yaxınlaşma Rusiyada Azərbaycana olan marağın artmasına səbəb olub. Sentyabr-oktyabr aylarında keçirilən yüksək səviyyəli görüşlərdə səsləndirilən bəyanatlar, həmçinin IX Rusiya-Azərbaycan regionlararası forumun keçirilməsi bu tədbirlər çərviəsində Bakıya üz tutan rusiyalı jurnalistləri səfər təəssüratları ilə bağlı Rusiya mətbuatında ölkəmiz haqqında silsilə məqalələrlə çıxış etməyə təşviq edib.

Bu materiallarda sadə rusiyalılar ölkəmizin tarixi, iki dövlət arasındakı münasibətlərin mövcud durumu, Azərbaycan həqiqətləri, bizim yaşam tərzimiz və turizm potensialımızla bağlı geniş informasiyalar əldə etmək imkanı qazanırlar.

Diqqətimizi cəlb edən belə materiallardan biri də «Literaturnaya qazeta» nəşrində müəllifi Aleksandr Stukanov olan «Gəlin Parisi Bakı ilə əvəzləyək» adlı məqalədir. Hafta.az məqaləni ixtisarla təqdim edir.

Gəlin rusiyalı jurnalistin ölkəmiz haqqında təəssüratlarını onun öz qələmindən birlikdə oxuyaq: 

«Keçən həftə Bakıda IX Rusiya-Azərbaycan regionlararası forum keçirildi. Bu tədbirə Azərbaycan və Rusiya prezidentləri də qatıldılar. Azərbaycanda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Biz Azərbaycana kənd təsərrüfatı texnikası, kimya sənayesi məhsulları, maşınlar və s. satırıq. Azərbaycandan isə Rusiyaya müxtəlif məhsullar, metallarlar və tekstil malları ixrac edilir. Azərbaycanda 341 rusdilli məktəb fəaliyyət göstərir. Lakin vəziyyət elə gətirib ki, biz Bakıdan daha çox, Nyu-York və Paris haqqında məlumatlara malikik. Bakını isə yalnız paxlava, kartov və ya pomidor alanda yada salırıq. Görəsən qonşularımız necə yaşayır?

Biz Xəzərin sahili ilə gedirik. Sol tərəfdə böyük qaya parçaları olan Qobustan görünür. Paleolit dövrünün insanlarının yaşadığı bu qayalıqlardakı rəsmlərlə bağlı çox sayda elmi məqalələr dərc olunub. Uzaq əcdadların petroqlivləri uşaq rəsmlərini xatırladır. Bu maraqlıdır. Xüsusilə də Kareliyada olmayanlar üçün. Avtobus yuxarı doğru hərəkət etdikcə, Xəzərin sahili çox aydın müşahidə edilir: neft buruqları, yandıran günəş və s. 

 

- Bakı məhz belə bir yerdə inkişaf edib - ekskursiya rəhbəri deyir.

Lakin buna inanmaq o qədər də asan deyil. Bakıda yaşıllıqlar çoxdur, parklar, fontanlar, böyük botanika bağı var. Hətta Müslüm Maqomayev və bir çox yazıçıların, musiqiçilərin dəfn olunduğu qəbiristanlıq belə, nadir parkı xatırladır. Lakin şəhərin memarlıq sahəsində ən böyük brilyantı Heydər Əliyev Mərkəzidir. İkinci yerə hündürlüyü 120-160 metr olan Alov qüllələrini qoya bilərik. Bu üç binadan ibarət kompleksi fərqləndirən özəlliklərdən biri də vizual effektlə yanan alov dillərini xatırlatmasıdır.

Bundan başqa, şəhərin özünün "Kiçik Venesiya"sı, unikal formada Xalça Muzeyi, elit restoranları və təbii ki, neft buruqları var. Bu da şəhərin simvollarından biri sayılır.
Şəhərin qədim hissəsi İçərişəhər adlanır. Bu tarixi abidə YUNESCO-nun dünya mədəni irsinin siyahısına salınıb. Bu qədim və dar küçələrdə hətta bir neçə sovet filminin epizodları da çəkilib. İçərişəhərdə restoranlar və suvenir dükanları fəaliyyət göstərir.
Bakının memarlıq üslubu, yolların keyfiyyəti də mədəni səviyyənin göstəricisidir. Şəhər çox təmizdir. Hətta hasarlar belə insanda müsbət təssürat yaradır.

Qəbələ rayonuna səfər edirik. Solda və sağda xüsusi evlərin olduğu kiçik yaşayış massivləri var.

Hasarları daşdan və ya metaldandır. Yüksək dağlıq istirahət rayonu olan Qəbələ yolları, su bulvarı, beşulduzlu otelləri ilə seçilir. 10 manat ödədikdən sonra sən ən yüksəkdəsən.

İsmayıllıda isə İvanovka kəndi var. Burada molokanlar məskunlaşıb. 200 ildən artıqdır ki, burada yerli əhali ilə ahəng şəklində yaşayırlar.

Çünki oğurluq etmirlər, donuz və kolbasa yemirlər, qaydalara riayət edirlər. Nə qədər qəribə olsa da, İvanovkada kolxoz, klub və məktəb əvvəl olduğu kimi qalır. "Mənəvi xristianlığ"ın mənası ondadır ki, molokanlar da protestantlar kimi kilsə göstərişləri ilə bağlı qaydaları rədd edirlər. Onlar müqəddəs yerləri, kilsə ierarxiyasını qəbul etmirlər. Hətta ikonalar qarşısında şam da yandırmırlar. Onların ibadətgahları zəngsiz və sadədir. İvan Qroznı zamanında belələri edam edilirdi. Daha sonra isə sürgünə məruz qalıblar.
Sayları üç mindir, dünyada öz dilləri və inanclarını qoruyan ən böyük icmadır. İcmanın özünün "İvanovka" adlanan şərab brendi var, hansı ki gürcü çaxırı ilə belə rəqabətə girir. Bu şərabın bir şüşəsinin qiyməti 6 manat və ya 220 rubldır. Bu rus kəndinə Azərbaycan Prezidenti dəfələrlə səfər edib.

Sonrakı ünvanımız isə Gəncədir. Şəhərə gedən yolda Dağlıq Qarabağdan olan qaçqınlar üçün tikilmiş çoxmərtəbəli binalar qarşımıza çıxır.

İki qonşu xalq arasındakı münaqişə 30 ildir ki, gah alovlanır, gah da sakitləşir. Bu gün Gəncə "xəzinələr şəhəri" adını tamamilə doğruldur. Burada 17-ci əsrdə salınmış Xan Bağı parkı, rus döyüşçülərinə qarşı savaşda oğlu ilə bərabər öldürülən Cavad Xan məqbərəsi və s. tarixi abidələr var. Hətta şərqi asiya dekorları əsasında inşa edilən təkrarsız Aleksandr Nevski məbədi də var. Məni Gəncədə ən çox təəccübləndirən isə, vitrini demək olar ki, rusdilli jurnallarla dolu olan qəzet köşkləri idi. Gəncənin yaxınlığında isə dünyaşöhrətli Naftalan sanatoriyaları yerləşir.

Azərbaycanda 100 mindən çox rus yaşayır. Ermənistanda isə rusların sayı heç 10 min nəfərə də çatmır. Yol yoldaşım Umud Mirzəyev bu fakta baxmayaraq məndən Rusiyanın Azərbaycandan üz döndərməsinin səbəbini soruşur. Onun özü də Dağlıq Qarabağdandır, bu mövzu isə onun üçün çox ağrılıdır. Yoldaşıma verəcək cavabım yoxdur. Tatarlar arasında yaşadığım üçün "yaxşı, sağol salam" kimi yerli sözləri eşitmək çox xoşdur.
Xrustal armudu fincanda ətirli Naxçıvan çayındjan içərək Azərbaycana qeyri-adi səfərimizin təəssüratlarını bölüşərək dostlarımız üçün sevinirik».
Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018