Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Köçəryanın oğlu 6 milyon pulun yuyulmasında günahlandırılır – Məhkəmə
Tarix: 04.10.2018 | Saat: 16:51:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Ermənistanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Artur Vanetsyan bu ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanı məhkəməyə verib.

Hafta.az-ın new.am-a istinadən verdiyi xəbərə görə, Artur Vanetsyan Köçəryanın oğlunu dövlətin 6 milyon dollar məbləğində vəsaitini mənimsəmkdə ittiham edir. İddialara görə, iş adamı olan Sedrak Köçəryan Ermənistan banklarından 1 milyon dollar məbləğində pul çıxarıb və onun faizlərini ödəməyib. Bundan başqa, keçmiş prezidentin oğlu sahibi olduğu şirkətlərin gəlirlərinin 6 milyon dollar həcmindəki hissəsini vergidən yayındıra bilib. Sedrak Sarkisyan yenidən hüquq-mühafizə orqanlarının cənginə keçib. İstintaqa cəlb edilib.

Məhkəmə Sedrak Köçəryan haqqındakı iddialarla bağlı yenidən araşdırmalara başlayıb. Məsələ ilə bağlı Sedrak Köçəryanın vəkilləri ittihamın əsassız olduğunu, Sedrakın azadlığa buraxılmasını tələb ediblər.

İrəvan məhkəməsi vəkillərin bu arzusunu rədd edib.

Faktlar təsdiqlənərsə, Robert Köçəryanın oğlunu “çirkli pulları yuduğuna görə” 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası (mənimsənilən məbləğ ödənilməklə) cəzası gözləyir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018