Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda Beynəlxalq Müəllimlər Günü təntənəli qeyd edildi
Tarix: 04.10.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Elektron lektoriya zalında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilir. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Qəbul edilmiş Dövlət Proqramları, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına davamlı öz töhfəsini verir.

2018-2019-cu dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.

Ötən tədris ili nailiyyətlərlə zəngin il kimi yaddaşlara həkk olub. İlqar Abbasov vurğulayıb ki, yeni dərs ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir neçə təhsil ocağının binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar, müəllim və şagird kollektivləri ilə görüşüblər, tövsiyələrini veriblər.
Görüşlərdə Prezident tövsiyə edib ki, həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsular.
Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunmuşdur. Bütün məktəblərdə hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlayır.
Qeyd olunub ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməyib. Suraxanı rayonunda son 14 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə tədris korpusu tikilmiş, 26372 şagird yerlik 23 məktəb binası əsaslı təmir olunmuşdur. 2018-ci ildə isə 920 şagird yerlik Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məktəb və yataqxana binaları əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub.

2018-2019-cu tədris ilində rayon məktəblərində birinci siniflərə 4801 şagird qəbul edilmişdir. Suraxanı rayonunda yerləşən təhsil müəssisələrində 41921 şagirdin təlim-tərbiyəsi ilə 3071 müəllim məşğul olur.
2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1966 nəfər 11-ci sinif şagirdi bitirib. İmtahanda iştirak edən 1943 nəfərdən 1939 nəfəri attestat alıb. Məzunlarının 94 nəfəri məktəbi fərqlənmə attestatı ilə 4 nəfəri isə qızıl medalla bitirib.
Məzunların 1632 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1204 nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 73,7 faizini təşkil edir.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ikinci ildir ki, rayonun bir məzunu ən yüksək nəticəni göstərir. Keçən il ilk dəfə olaraq 278 №-li tam orta məktəbin məzunu Pərvin Əhmədova ən yüksək nəticə göstərərək 700 bal toplamışdı. Bu il isə 89 №-li tam orta məktəbin məzunu Həsənova Şayxanım Aydın qızı 700 bal toplamışdır. 3 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Bu məzunların 3-ü də 89 №-li tam orta məktəbin məzunudur.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlar arasında 87, 89, 104, 114, 275, 278, 316, 318 №-li tam orta məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunları fərqləniblər.
Ali məktəbə qəbul üçün sənəd verən 281,282, 285 318 №-li tam orta məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunlarının 90 faizdən yuxarısi müsbət nəticə göstərib.

Hövsan kəndində fəaliyyət göstərən 118 №-li tam orta məktəbin nəticələri sevindiricidir. Ali məktəbə qəbul üçün sənəd verən 118 №-li tam orta məktəbin məzunlarının 82 faizi ail məktəbə daxil olub. 3 məzunu 600-dən yuxarı bal toplamışdır. Son illərdə 118 №-li tam orta məktəbin əldə etdiyi nəticələr, məktəbdə yüksək səviyyədə keçirilən mədəni-kütləvi tədbirlər, vətənpərvərlik tərbiyəsi istiqamətində apılan işlər bir çox təhsil müəssisəsinə nümunə olmalıdır. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Ağacan Abiyev, Fərəc Quliyev, FHN-nin Akademiyasının rəisi Pənah Süleymanov, 89 nömrəli tam orta məktəbin direktoru Dadaş Babazadə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksəkbal toplayan Prezident təqaüdçüləri Şayxanım Həsənova, Əbdülağa Dadaşov, Aytac Məmmədova, valideyn Elxan Sədirov təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə öz dərin təşəkkürlərini bildirdilər.

Bir qrup təhsil müəssisəsinin kollektivi və təhsil işçiləri, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.
Tədbirdə eyni zamanda bir qrup təhsil işçisinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxan Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyələri təqdim olundu. Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018