Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Külək bal sərgi-satış yarmarkası təşkil olunan mağarı uçurdu - FOTOLAR
Tarix: 05.10.2018 | Saat: 14:21:00
Bölmə:Reportaj | çapa göndər

Paytaxtda hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılıq məhsulları yarmarkası təşkil edilir. Artıq bu ənənəvi hal alıb. Bu il Bal Sərgi-satış yarmarkasının oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10, Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilməsi təyin edilib. 

Bu gün səhər saatlarında artıq yarmarkanın açılışı olmalı idi. Biz də qeyd olunan ünvana üz tutaraq yarmarkadakı mövcud vəziyyətlə tanış olmaq istədik. Lakin tamamilə başqa bir mənzərənin şahidi olduq. Tofiq Bəhramov adına stadionun həyətində yarmarka üçün çadırdan qurulmuş dəmir mağarı külək vurub uçurmuşdu. Yarmarkada satışa çıxarılan balla dolu şüşə balonlarını külək aşıraraq sındırmışdı. Uçan mağarın çadırın qalıqlarını fəhlələr yerdən yığışdırır, sınan balonlardan yerə tökülən balı isə ərazidən təmizləyirdilər. Rayondan gələn sahibkarlar açıq yağışlı və küləkli havada dayanmışdılar. Balın satışına rəsmi icazə verilməsə də, bir qrup sahibkar açıq havada min bir əziyyətlə ərsəyə gətirdiyi balını gələn müştərilərə satırdı.

Asayişi qoruyan Nərimanov Rayon Polis İdarəsinin patrul xidmətinin əməkdaşları satışa icazə verilmədiyi üçün bunun qarşısını almağa çalışırdılar. Rayonlardan gələn sahibkarlarla asayişi qoruyan polis əməkdaşları arasında kiçik mübahisələr yaranırdı. Satıcılar pul verib yer aldıqlarını, onlara ziyan dəydiyini söyləyirdilər. Polis əməkdaşları isə asayişi təmin etdiklərini, icazə olmadan açıq havada heç kimin balın satışı ilə məşğul ola bilməyəcəyini deyirdilər.

Siyavuş Vahid oğlu Abbasov Göyçay rayonundan gəldiyini dedi. Onun sözlərinə görə, satışa 150 kiloqram bal gətirib: ”İki gündür burada əziyyət çəkirik. Mağarda 174 saylı yer mənə məxsusdur. Bu gün açılış olmalı idi. Amma külək mağarı vurub uçurub. Dünən Hava Məlumat Bürosu tərəfindən Bakıda havanın güclü küləkli və yağmurlu keçəcəyi barədə məlumat verilmişdi. Sadə bir mağar idi. Yanları bərkidilməmişdi. Hər il satış sərgisi “Amay” ərazisində yüksək şəkildə təşkil olunardı. İçərisi balla dolu şüşə balonlarımızı uçan mağarın dəmirləri sındırıb. Bizə külli miqdarda zərər dəyib. Xoşbəxtlikdən mağarın dəmirləri başımıza düşmədi, xəsarət alan olmadı. 200 manat yerhaqqı vermişik. Satış üçün də şərait yoxdur. Nazirliyin rəsmi nümayəndələri də gəlib. Gələn nümayəndələr də deyir ki, bizlik deyil. Stadionun həyətində açıq yağışlı havada qalmışıq”.

Ağsu rayon Kekəli kəndindən gələn sahibkar Səbirxan Sədir oğlu Əmirov bildirdi ki, satışa 400 kiloqram bal gətirib. Yarmarkada balı düzgün analizdən keçirmirlər. Görmüşük, sərgiyə gətirilən baldan nümunə götürülüb laboratoriya analizindən keçirərlər. Lakin belə deyil. Bir nəfər nümayəndə əlinə odun parçası götürüb betonlardakı balın içərisinə batırıb çıxartmaqla balın yararlı olub olmadığını deyir. Sonra həmin çirkli odun parçasını digər satıcının balına batırıb çıxardırlar. Bu yolla da balın keyfiyyətinin təyin edərlərmi? Eyni bir qabdan gətirdiyim 8 bal balonundan 5-ni qəbul etdilər, 3-ü isə qəbul etməyib dedilər ki, satışa yararsızdır.10 ildən çoxdur, yarmarkaya qatılıram. Birinci dəfədir, başımıza belə hadisə gəlir. Halbuki gətirdiyim bal rayon baytar analizindən keçib və satışa buraxılması ilə bağlı sertifikatım da var. Nazirliyin nümayəndəsinə deyirəm ki, yarasız saydığınız baldan nümunə götürün aparın laboratoriya analizindən keçirin. Cavab verirlər ki, olmaz. Halbuki 80-dən çox arı pətəyim var. Halal məhsulumdur. əzab-əziyyətlə becərmişik. Satışa gətirdiyim 400 kilo baldan 100 kilosunun satışına icasə veriblər”.
Sahibkar Əzim Abdullayev Daşkəsən rayonun Qabaqtəpə kəndindən gəldiyini dedi: ”Satışa 150 kiloqram bal gətirmişəm. İki gündür burada əziyyət çəkirik. Artıq 500 manata qədər xərcim çıxıb, hələ də açıq havada qalmışıq. Bu gün sərginin açılışı olmalıydı” .

Masallı rayonunun Təklə kəndindən gələn sahibkar Səmədağa Həmidov 100 yeşik arı pətəyinin olduğunu və satışa 200 kiloqram xalis bal gətirdiyini vurğuladı: ”Dədə-babadan arıçılıqla məşğul olduğumuzdan bizə “Həmidov”lar ailəsi deyirlər. Mən istehsal etdiyim bal məhsullarını ”Asan xidmət”ə verib xüsusi qablarda qablaşdırıb satışını təşkil edirlər. ”Asan xidmət” bizim üçün daha əlverişlidir, nəinki bu cür yarmarka”.
İşlərə nəzarət edən Kənd Təssərrüfatı Nazirliyinin nümayəndəsi bu gün yarmarkanın olmayacağını dedi. Çünki mağarı külək uçurub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2018
12.12.2018