Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azyaşlı qızları masaj salonlarının reklamına kimlər cəlb edir?..” - Parlamentdə sual
Tarix: 05.10.2018 | Saat: 15:44:00
Bölmə:Siyasət | çapa göndər

Parlament üzvü Fazil Mustafa Milli Məclisin bugünkü iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları” layihəsinə dəyişikliklərin müzakirəsi zamanı ümummili əxlaqi dəyərlərimizə zidd olan gerçək faktlardan birini vurğulayıb.

“Həftə içi” əməkdaşı xəbər verir ki, deputat küçələrdə azyaşlı qızların massaj salonlarının reklamını yaymasından narahatlığını belə ifadə edib:

“Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib? Bələdiyyələr də öz ərazilərində bu kimi hallara qarşı mübarizə aparmalıdır. Biz bələdiyyələrin statusunun artırılması istiqamətində addımlar atmalıyıq...”.

“Normal büdcəsi olan bələdiyyəmiz yoxdur” deyən Fazil Mustafa faktiki olaraq bələdiyyələrin fəaliyyətsiz quruma çevrildiyini də dilə gətirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018