Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “itkini” - HƏFTƏ REYTİNQ
Tarix: 05.10.2018 | Saat: 19:00:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Bütün planet üzrə axtarışa verilmiş cinayətkarları axtarıb-tapmaq vəzifəsini üzərinə götürmüş İnterpolun özünün rəhbəri itkin düşdü. Fransa polisi İnterpolun başçısı Men Xunveyanın itkin düşməsi faktı üzrə araşdırma başladı.

Beynəlxalq agentliklərdə yayılmış xəbərlərdən bəlli olur ki, M.Xunveya bu il sentyabrın 29-da Çinə səfər edib. Elə həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Onun həyat yoldaşı da bu barədə polisə ifadə verib. Xatırladaq ki, Men Xunveya 2016-cı ilin noyabr ayından bəri “İnterpol”un rəisi vəzifəsini icra edir.


Həftənin “separatçı azərbaycanlısı”


Qızını erməniyə ərə vermiş Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov Moskvada yenidən fəallaşdı. Diaspor sədrinin son günlər erməni diaspor təşkilatları ilə yeni iş birliyinə başlaması Rusiyanın paytaxtında yaşayan həmyerlilərimizin hiddətinə səbəb olub. A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş “Qranat” ümumşəhər nar bayramı ilə bağlı tədbir keçirməsi də həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmayıb. İddiaya görə, diaspor sədri bayram tədbirində əslində Ermənistanla bağlı bəzi eksponantları da nümayiş etdirməyi planlaşdırır. A.Kərimov yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışır. Amma buna baxmayaraq onun bu cəhdləri də Moskvada yaşayan azərbaycanlılar arasında etirazla qarşılanıb. Tədbirin oktyabrın 6-da Suvorov meydanında baş tutacağı gözlənilirdi.
Məlumata görə, Kərimov bir müddət bundan əvvəl həbs olunan separatçı təşkilat sədri Fəxrəddin Abbaszadənin komandası ətrafında sıx birləşib. Ona həbsdə olan Abbaszadə ilə birlikdə həyata keçirməyi planlaşdırdığı separatizmə yönəlmiş layihələrin reallaşdırılması tapşırılıb. Hazırda separatçı və ermənilərlə birlikdə əməkdaşlıq edən Kərimovun Azərbaycanın əleyhinə hazırlanmış bir sıra layihələr üzərində işlədiyi bildirilir.


Həftənin “hədə-qorxusu”


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizi hədələdi. Noyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı Missisipi ştatının Sautheyven şəhərində tərəfdarlarına səslənən Tramp “Kral Salmanı sevirəm. Lakin onunla görüş zamanı üzünə bunları dedim: “Bax, kral, biz səni qoruyuruq. Biz olmasaq, heç iki ay da yerində dura bilməzsən. Ordunun xərclərini özün çək, ödəməyə də məcbursan”, - ifadələrinə yol verib. Ağ Evin rəhbəri kral Salmana bu sözləri nə vaxt dediyini söyləməyib.nMüşahidəçilər iki ölkə liderinin ən son keçən həftənin şənbə günü görüşdüyünə diqqət çəkiblər.


Həftənin “bazar alverçisi”


“Ukrayna prezidenti xalis bazar alverçisidir. O, dövlətə xəyanət və korrupsiyaya görə həbs olunmalıdır”. Bu sözləri Gürcüstanın keçmiş preizidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili söyləyib. Saakaşvilinin fikrincə, Poroşenko Ukraynada vaxtilə Boqdan Xmelnitski və Mazepa kimi qəhrəmanlıq edə bilərdi. Lakin o, bunu bir neçə milyard dollara dəyişib. “Bu adam Avropanın yeni Çörçilli olmağa namizəd idi. Mən onun ambisiyalarına inanırdım. Lakin onun ambisiyaları Bessarabiya bazarının (Kiyevin məşhur bazarlarından biridir-red.) alverçisinin ambisiyasından o yana getməyib. Poroşenkonun hakimiyyət illəri Ukrayna üçün itirilmiş zamandır. Ölkənin milyonlarla vətəndaşı perspektiv görmədikləri üçün ölkəni tərk ediblər”,- deyə Saakaşvili bildirib. Gürcü lider Poroşenkonun yaxın gələcəkdə dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısında dayanacağı proqnozunu da verib. Buna görə Saakaşvili Poroşenkoya tezliklə özünə yaxşı vəkil axtarmağı da məsləhət görüb.


Həftənin “paylaşımı”


İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil azərbaycanlı azarkeşlərlə şəkil çəkdirməkdə maraqlı olmasa da, “Instagram” profilində maraqlı paylaşım etdi. Almaniya doğumlu türk futbolçu Bakı Olimpiya Stadionunda keçirdikləri matç öncəsi məşqdən şəklini paylaşıb. O, azərbaycanca “Axşamınız xeyir, Bakı, Azərbaycan” yazıb. Daha sonra ingilis dilində “Bakıdan salamlar. Bizim Avropa macəramız davam edir. Sabah “Qarabağ”la burada oynayacağıq”, - deyə qeyd edib.


Həftənin “fədakar təqaüdçüsü”


Tovuz sakini olan 71 yaşlı Fariz Əhmədovun səhər tezdən yaşadığı ərazinin yaxınlığındakı parka gedərək təmizlik işləri gördüyü bəlli oldu. O, gecə saatlarınadək parkın təmizliyi ilə məşğul olur və bu işləri təmənnasız görür. Özüdə 6 ildir ki,bu işlə məşğuldur. Ahıl təqaüdçü hər gün səhər tezdən velosipedi ilə yaşadığı ərazinin yaxınlığında yerləşən parka gəlir. İlk işi isə "Qəhrəmanlar Parkı"nda xatirəsi əbədiləşdirilən Sovet İttifaqı qəhrəmanlarına dualar oxumaq olur. Sonra isə camaat yuxudan qalxanadək 2 hektaradək sahəsi olan ərazini süpürüb təmizləyir, zibilləri aparıb atır. Bundan sonra ağacların, kolların budanması, suvarılması ilə məşğul olur. O, 6 ildir ki, bu işi təmənnasız olaraq sevə-sevə görür. Günün çox hissəsini parkda keçirən Fariz kişiyə ailə üzvləri də kömək edir. Onun mükafatı isə nəvələrini parka gətirib gəzdirən, istirahət üçün gələn adamların təşəkkürü olur. Fariz Əhmədov ömrünün sonunadək bu parkda işləyəcəyini deyir.


Həftənin “futbolçu pişiyi”


“Arsenal” futbolçularının Bakı Olimpiya Stadionunda “Qarabağ”la oyundan öncə məşq zamanı əlləri ilə yedizdirdikləri pişik satışa çıxarıldı. Müvafiq elan Tap.Az saytında yerləşdirilib. London klubunun futboçuları - türk əsilli Məsut Özil və boşnak əsilli Sead Kolaşinatsinin foto çəkdirdiyi pişik 42 manat 50 qəpiyə satılır.
“”Arsenal” futbolçularının əlləri ilə verdiyi yeməyi yeyən pişik satılır. Futbol oynamağı bacarır. Pişik hazırda Ağdamdadır”, - deyə elanda bildirilir. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Qarabağ”- “Arsenal”ın matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018