Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daşkənddə III Beynəlxalq meyvə və tərəvəz yarmarkası keçiriləcək
Tarix: 06.10.2018 | Saat: 10:46:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Oktyabr ayının ikinci yarısında Özbəkistanın paytaxtı Daşkənd şəhərində III Beynəlxalq meyvə və tərəvəz yarmarkası keçiriləcək.

Hafta.az-ın yazdığınna görə, yarmarka ölkələrimizin biznes qrupları ilə əməkdaşlıq yollarının, həmçinin acı bibərin istehsalı məsələsinin müzakirəsi üçün əlverişli ola bilər. (Yarmarkanın dəqiq keçirilmə tarixi ilə bağlı ətraflı məlumat təqdim oluncaq).

Son illər Özbəkistanda meyvə və tərəvəz məhsullarının çeşidlənməsi sahəsinə böyük diqqət ayrılır. Bu məqsədlə respublikada acı bibərin kütləvi yetişdirilməsinə başlanılıb. Bu il məhsulun istehsalının ümumi həcminin 180 min tona qaldırılması nəzərdə tutulub.

Bu gün özbək bibər istehsalçıları qarşılıqlı şəkildə faydalanmaq şərti ilə xarici partnyorlarla əməkdaşlıq imkanlarında maraqlıdırlar. Bu fəaliyyət çərçivəsində bibərin ixracının təmin edilməsi, eyni zamanda bu məhsulun emalı üçün istehsal gücünün yaradılması kimi məsələlər təklif olunur.

Yuxarıda göstərilənləri, eləcə də Azərbaycanla qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, özbək bibər istehsalçları ilə əməkdaşlıqda maraqlı olan şəxslərdən bu təklifi nəzərdən keçirmələri xahiş olunur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018