Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistandakı dumanlı sektalar, Paşinyan və Sarkisyanı birləşdirən düyünlər – TƏHLİL
Tarix: 08.10.2018 | Saat: 17:45:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Ermənistanın daxilində vəziyyət getdikcə daha da dərinləşir. Ölkənin baş naziri Nikol Paşinyanla böyük çoxluğu keçmiş prezident Serj Sarkisyanın komandasının təşkil etdiyi parlament arasında qarşıdurmaya digər ölkələrin mediası da geniş yer ayırır. Rusiya mətbuatında da ölkənin düşdüyü dolaşıq siyasi durum, əvvəllər qadağan edilmiş siyasi sektaların sonradan gizli, yarımgizli və bəzi hallarda açıq fəaliyyətləri, onların ölkənin siyasi sferasına bu və ya digər formada təsirinə geniş yer ayrılıb.

Hafta.az-ın xəbərinə görə, həmin yazıların birində iddia olunur ki, hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsinə keçmiş prezident Serj Sarksiyan şərait yaradıb. Daha doğrusu, Paşinyanı bu posta elə Sarkisyanın özü hazırlayıb. İddia olunur ki, Serj Sarkisyan sadəcə olaraq üzdə Moskvaya loyal görünməyə çalışırdı. Digər tərəfdən, onun zamanında NATO bayrağı altında Əfqanıstana erməni orudusuna məxsus hərbi bölük göndərilmişdi. Hətta Gürcüstanda Rusiyanın hücumlarına qarşı təşkil olunmuş NATO təlimlərində də ordu birliklərinin iştirakını məhz Serj Sarkisyan təmin etmişdi. Bundan başqa, həmin dövrdə Sarkisyan Brüsseldə Avropa Birliyi ilə saziş imzaladı. Bu saziş də Ermənistanın Avrasiya iqtisadi təşkilatı çərçivəsində müstəqil hərəkət imkanını məhdudlaşdırır. Yəni, Brüsselin razılığı olmadan İrəvan adıçəkilən təşkilatda özbaşına addım ata bilməz.

Dərc olunan yazılarda qeyd olunur ki, Serj Sarkisyan prezident olduğu dönəmdə İrəvan şəhərinin kənarında regionda ən böyük ABŞ səfirliyinin tikilməsinə imkan yaratdı. Məhz keçmiş prezidentin zamanında məmurlar totalitar sekta və fondlardan gələn pullar hesabına yaşamağa başladılar. Halbuki, həmin fondlar uşaqlar arasında narkotikin istifadəsini, yayılmasını leqallaşdırmağa çalışırdı. İrəvan Geosiyasi klubunun sədri Arman Boşyanın sözlərinə görə, Serj Sarkisyanın hakimiyyəti illərində yüzlərlə ailəyə, kilsəyə, dövlət insitutlarına qarşı fəaliyyət göstərən təşkilatlar yarandı. Yazıda iddia olunur ki, Sarkisyan bu kanalları bağlamaq əvəzinə onların daha da sərbəst və geniş fəaliyyəti üçün imkan yaratdı. 10 il əvvəl bu sektalara qarşı mübarizə üzvləri deyirdilər ki, bu cür siyasət sonunda inqilabla nəticələnəcək. Çünki bu gün (10 il əvvəl-red.) 3 milyonluq Ermənistanda 350-dən çox sekta fəaliyyət göstərir.

Bu qəbildən olan yazıların birində bir məqam isə xüsusilə diqqət çəkir. İddia olunur ki, küçə inqilabı zamanı Paşinyanın “xaç atası” sayılan Levon ter Petrosyanın məlum çıxışından sonra Sarkisyan onu həbsdən azad etdi. Halbuki Nikol Paşinyan dövlət çevrilişinə cəhddə ittiham olunurdu. Hətta daha əvvəl Paşinyanın parlamentdə deputat seçilməsinə şərait yaratmışdı. Hətta bu gün Paşinyanın ətrafında olan totalitar sektaların fəaliyyətinə vaxtilə Serj Sarkisyan göz yummuşdu. Elə həmin sektalar Sarkisyanın istefasından sonra Ermənistanın katalikosu Qareginin istefasını tələb edirdilər.

Ermənistanın Milli və Mənəvi dəyərlərin Müdafiəsi Cəbhəsinin sədri Aleksandr Amaryanın sözlərinə görə, bu totalitar sektaların fəallığı 2003-cü ildən hiss olunmağa başlayıb. Məhz həmin dövrdəki seçki kampaniyaları zamanı bu sektalar həddindən artıq fəallıq göstəriblər. Amaryan iddia edir ki, artıq bu gün ölkə əhalisinin on beş faizi bu totalitar sektaların üzvlərinə çevriliblər. Demək olar ki, totalitar sektada təmsil olunanların hamısı hazırkı baş nazir Nikol Paşinyanın ətrafındadır. Onlar çox fəal şəkildə dövlət strukturlarının işlərinə daxil olmağa, hətta bəzi hallarda müdaxilə etməyə çalışırlar. Amaryanın sözlərinə görə, məhz bu sekta üzvlərinin sayəsində son 15 ildə Ermənistandan bir milyard dollardan çox vəsait çıxarılıb. Digər versiyalara görə, bu vəsaitin haradasa üçdə biri ölkə ərazisində saxlanılıb, qalan hissəsi isə ofşor zonalarda yerləşdirilib. Ölkə daxilində saxlanılan vəsaitdən isə Ermənistanda bir sıra məmurların ələ alınması üçün istifadə olunur. İddialara görə hazırkı baş nazir Nikol Paşinyan da məhz əvvəlki hakimiyyətin “iş”ini – siyasətini davam etdirir. Bu sektalar ölkənin bütün sferalarında fəaliyyət göstərirlər. Yalnız onların müdafiə edən ənənəvi şəxslərin dəyərləri dəyişib.

Rusiya mətbuatında dərc olunan yazıların birində iddia olunur ki, Paşinyan bu ilin aprel ayında xalqa böyük vədlər verərək hakimiyyətə gəlmişdi. Lakin bu gün məlum olur ki, həmin vədləri yerinə yetirmək mümkün deyil. Paşinyan hakimiyyəti bunu bacara bilmir. Paşinyan iddia edirdi ki, qısa müddət ərzində Ermənistana külli miqdarda investisiya daxil olacaq. Halbuki, real vəziyyət ölkədə olan-qalan investorların da Ermənistanı tərk etdiyinindən xəbər verir. Ölkədə qiymətlər durmadan artır.

Məqalə müəllifləri ölkənin Qərblə əlaqəsinə də diqqət çəkirlər. İddia olunur ki, Paşinyanın ABŞ-a səfəri də boş vaxt itkisindən ibarət idi. Prezident Donald Tramp da heç onunla görüşmədi. Vladimir Putinlə keçirilən görüşlər isə istənilən effekti vermədi. Ölkə parlamentində isə ümumiyyətlə Paşinyanın tərəfdarı yoxdur.

Ekspert Arman Başoyanın sözlərinə görə, bu gün Ermənistan parlamenti Paşinyanın bütün təkliflərinə “hə” deyir. Deputatlar onun istənilən qərarını təsdiqləyirlər. Əslində bu siyasi mübarizədə normal element sayılmalıdır. Yəni, hazırkı parlament baş nazirin səhvlər etməsinə imkan yaradır. Əgər ilkin mərhələdəcə Paşinyan öz adamlarını parlamentə yerləşdirə bilsəydi, o zaman ölkə siyasəti üçün ardıcıl səhvlər silsiləsinin qarşısı alınardı. Onlar yüz faiz tamamilə başqa təşəbbüslərlə çıxış edəcəkdilər. Hazırda isə vaxt baş nazirin əleyhidarlarının lehinə işləyir. Parlament eyni zamanda, baş nazirin səhv buraxmasını gözləyir. Bundan başqa, hazırda Ermənistanda cəmiyyət Paşinyanla parlament arasındakı qarşıdurmada kimin qalib gələcəyini gözləyir. Özü də səbirsizliklə- deyə, Arman Başoyan vurğulayıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018