Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Nobel komitəsinin qərəzliliyi, islamafobiya və türkəfobiyası dillər əzbəridir” – Fazil Mustafa
Tarix: 09.10.2018 | Saat: 12:41:00
Bölmə:Sosial | çapa göndər

“İlin Nobel mükafatlarının hansısa nominasiyasında qaliblərin içində yenə də müsəlman və türk adlarına rast gəlmədik. Nobel komitəsinin qərəzliliyi, islamafobiya və türkəfobiyası onsuz da dillər əzbəridir”.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkilinin istehzalı sözlərinə görə, sonuncu dəfə səhv etmirəmsə bizimkilərdən Əziz Sancara bu adı veriblər. Onun da bəxti gətirib ki, öz tədqiqatlarını ABŞ labaratoriyalarının birində aparıb: “Necə ola bilir ki, bu bədxahlar Əfqanıstanda yeni texnologiya ilə əkilən həşiş tarlalarını görmür. Pakistanda yeni qurğularla partladılan məktəb və məscidləri görmür. Bizim arealda yeni çarpaz zincirləmə üsulu ilə başını yaranları görmür. 21-ci əsrdə hələ də İzrailin modern texnikasına qarşı yeni daş atma texnikasını tətbiq etmiş ərəbləri görmür. Türkiyədə və Azərbaycanda başını ziyarətgahların daşına sürtməklə sağalan insanların kəşf etdiyi yeni tibb metodunu görmür”.

Millət vəkili istehzasına davam edərək bildirib ki, yüzlərlə belə uğurlu kəşflərimizi əlbəttə görürlər, sadəcə görməzdən gəlirlər: “Fizika üzrə 96 yaşlı qocaya götürüb Nobeli verdilər, halbuki həmin xristian qoca bizdə əksəriyyəti parklarda 60-dan sonra vaxtını öldürən ağsaqqallarımızla nə domino, nə də nərd oynaya bilər. İnanın ki, zərin üstünə qoyub o qocanı NASA-nın raketlərindən də böyük sürətlə havaya fırladarlar. Hərdən fikirləşirsən ki, biz niyə gül kimi hicri təqvimini qoyub, özünüzü soxuşdumuşuq miladi təqvimə. Mütləq qayıtmalıyıq hicri təqvimə. Modern dünya ilə bu cür mənasız mübahisələr aparıb ümidsizləşməmək üçün hicri təqviminə qayıtmaqdan başqa çıxış yolumuz yox. Çünki özümüzü 21-ci əsrdə hər dəfə İlon Mask havaya raket fırladanda çox rahatsız hiss edirik. Bir də Nobel mükafatını paylayanda yadımıza düşür ki, biz türkük, biz müsəlmanıq və 21-ci əsrin dünyasında özümüzü sehirli xalatla gəlmiş xan kimi hiss edirik. Axı biz yaşamaq istəyirik. Bir canlı üçün hansı əsrdə yaşamanın fərqi varmı?”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018