Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət qulluğuna elan edilmiş müsahibələr başa çatıb
Tarix: 09.10.2018 | Saat: 13:00:00
Bölmə:Sosial | çapa göndər

İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Mədəniyyət Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq olaraq avqustun 20-də və 27-də, sentyabrın 5-də elan edilmiş daxili müsahibələr başa çatıb.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən məlumata görə, müsahibəyə təqdim olunan ən yüksək vəzifələr İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və sektor müdiri, Mədəniyyət Nazirliyinin Aparatında isə şöbə müdirinin müavini və sektor müdiri vəzifələri olub.

Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 22 namizəddən 20-si vəzifəyə uyğun bilindiyi halda, 2-si lazımi keçid balını toplaya bilməyib.

Ümumilikdə müsabiqəyə təqdim olunmuş 12 vakant dövlət qulluğu vəzifəsindən 11 vəzifəyə 22 namizəd uyğun bilinib, 1 vəzifəyə isə heç bir namizəd uyğun hesab olunmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018