Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyanın arvadının bu hərəkəti qınanmalıdır” – Qabil Hüseynli
Tarix: 09.10.2018 | Saat: 13:16:00
Bölmə:Siyasət | çapa göndər

“Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanla birgə bir qrup rusiyalı qadının Dağlıq Qarabağa səfəri çox təhlükəli tendensiyadır. Ermənilər bu istiqamətdə fəallıqlarını getdikcə daha da artırır. Paşinyanın arvadının bu hərəkəti qınanmalıdır. Əgər Hakobyanın əri yəni, Paşinyan atəşkəs rejiminə əməl olunması ilə bağlı yalvar-yaxar edirsə, arvadı da Sankt-Peterburqda keçirilən tədbirdən sonra qadın fəalları – yazıçıları, ictimai xadimləri toplayaraq Dağlıq Qarabağa gətirir. Hətta səngərlərə qədər aparır. Əlbəttə, bu yolverilməzdir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə Nikol Paşinyanın arvadının bu cür səfər təşkil etməsi o qədər də təəccüblü deyil. Qabil Hüseynlinin fikrincə əsas təccüblü olan Rusiyadan olan, adını yazıçı, şair qoyan şəxslərin, ictimai xadimlərin ermənilərin işğal etdiyi Dağlıq Qarabağa səfər etmələridir: “Dağlıq Qarabağa səfər edən və Rusiyadan olan həmin şəxslər post-sovet məkanındakı proseslərin şahidi olan adamlardır. Onlar çox yaxşı bilirlər ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Ayaqlarını basdıqları ərazilər məhz Azərbaycan əraziləridir. Onların dinlədikləri əsgərlər də Ermənistandan gəliblər. Özlərini işğalçı kimi apararaq onların qarşısında çıxış ediblər. Dağlıq Qarabağa gedən həmin rusiyalı qadınlar özlərinə sual verməli idi ki, ermənilərin burada nə işi var, niyə gəliblər?!.Onların bu torpaqlara gəlməyə haqlarının olub-olmadığını özlərindən soruşmalı idilər. Üstəlik, həmin yazarlar Dağlıq Qarabağ “təssüratları”nı qələmə alaraq, “məşəqqətlər çəkmiş Ermənistan” obrazını cızacaqlar. Bunun müqabilində də Azərbaycanın Ermənistana məşəqqətlər çəkdirməsi ilə bağlı müxtəlif nağıllar uyduracaqlar”.

Politoloqun sözlərinə görə, Ermənistanın baş nazirinin arvadı Anna Hakobyan tərəfindən bu səfərin təşkil edilməsi çox böyük yanlış addımdır. Sülhə yox, müharibəyə çağırış kimi qiymətləndirilməlidir: “Hələ Azərbaycan tərəfinə tövsiyyə edirlər ki, biz tərəfdən də gedib təmas xəttinə baxsınlar. Zənnimcə bunlar ayıb, utanmaq hisslərini itiriblər. Dağlıq Qarabağa səfər edən həmin rusiyalı qadınlar yalanın içində olduqları halda, yalançının, oğrunun mövqeyini müdafiə edirlər. Eyni zamanda, özlərini yazıçı, ictimai xadim adlandırırlar. Rusiyalı qadınların Dağlıq Qarabağa səfəri Azərbaycana qarşı böyük pislikdir. Xarici İşlər Nazirliyi tərəfindən də bu səfər pislənilib. Düşünürəm ki, Anna Hakobyanın təşkilatçılığı ilə Dağlıq Qarabağa gedən rusiyalı qadınların adları “qara siyahı”ya daxil ediləcək. Bütün mahiyyət ondan ibarətdir ki, bu adamlar sonrada yanılacaqlarını desinlər. Artıq bu inandırıcı deyil. Çünki onlar Böyük Britaniyadan, digər Qərb ölkələrindən olsaydılar bəlkə də onların həqiqətən də yanıldıqları haqda düşünmək olardı. Amma Rusiyadan olan bu şəxslər son 25 ildə baş verən hadisələrin içərisindədirlər. Hər şeyi dəqiqliklə bilirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu səfərlə onlar işğalçının dəyirmanına su tökdülər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018