Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Anna Hakobyan ilk növbədə Paşinyanın şüurunda dəyişiklik etməlidir” – Azər Badamov
Tarix: 09.10.2018 | Saat: 14:30:00
Bölmə:Siyasət | çapa göndər

“Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının yeni bir “missiya” ilə çıxış etməsi – Dağlıq Qarabağ cəbhəsində əsgər ölümlərinin azaldılması, atəşkəsə əməl olunması istiqamətində “təbliğat” pərdəsi altında Rusiyadan bir qrup qadının işğal olunmuş ərazilərə aparması gülməlidir. Paşinyanın həyat yoldaşının – Anna Hakobyanın atdığı bu addımlar yeni aktyorluq səhnəsidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə, münaqişənin kökünə, məğzinə yanaşanda görürük ki, problemi yaradanlar da, münaqişə ocağını körükləyənlər də məhz ermənilərin özləridir: “Əgər bu gün Dağlıq Qarabağ cəbhəsində ermənilər ölürsə, can verirsə, Azərbaycan əsgərinin gülləsinə tuş gəlirsə, günah özlərindədir. Çünki Azərbaycan əsgəri öz sərhəddinin kənarından güllə atmır, işğal altındakı torpaqlarında bizə qarşı təxribat törədən işğalçılara qarşı döyüşür. Öz ərazilərimizi müdafiə edir. Əgər ermənilər Dağlıq Qarabağda ölmək istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etsinlər. Çıxıb getsinlər və bir də belə hadisələr baş verməsin. Amma Paşinyanın yoldaşının belə bir “missiya” ilə çıxış etməsi yenə də qeyd edirəm, çox gülməli alınır”.

Azər Badamov bildirib ki, Anna Hakobyan erməni əsgərlərinin ölməyini həqəqtən də istəmirsə, atəşkəsə əməl olunmağını arzulayırsa, ilk növbədə həyat yoldaşının şüurunda dəyişiklik etməlidir: “Hakobyan Paşinyanı işğalçılıq siyasətindən daşındırmalıdır. Erməni əsgərlərinin ölməyini istəməyən Anna Hakobyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların tezləşdirilməsi məsələsinin labüdlüyünü həyat yoldaşına anlatmalıdır. Bunun nəticəsi kimi də sülh müqaviləsi imzalansın. Yalnız Azərbaycan torpaqları işğaldan azad olunduğu təqdirdə erməni əsgərlərin işğal olunan torpaqlarımızda ölümləri sona çata bilər. Təbii ki, Azərbaycana – işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisinə icazəsiz gələn hər bir xarci vətəndaş araşdırılır. Rusiyalı qadınların kimiliyi də öyrənilib araşdırılacaq. Hətta Hakobyanın təşkilatçılığı ilə Dağlıq Qarabağa gedən qadınlar Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salına bilər. Üstəlik bu qanunsuz səfərlə bağlı Xarici İşlər Nazirliyinin Rusiyanın Azərbaycandakı səfirliyinə nota təqdim etməsi də mümkündür”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018