Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dağlıq Qarabağa qanunsuz səfərlər həm də insanlığa qarşı törədilmiş cinayətləri legitimləşdirməkdir” – Elnur Soltanov
Tarix: 10.10.2018 | Saat: 11:12:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan bir qrup rusiyalı qadını Dağlıq Qarabağa səfərə aparıb. Söhbət Azərbaycanın işğal altındakı torpaqlarından gedir. Ötən bazar günü Anna Hakobyan Dağlıq Qarabağda erməni və azərbaycanlı silahlı qüvvələrinin hərbi hissələrinin təmas xətti yaxınlığında Qarabağ münaqişəsi tərəflərinə “sülh çağırışı” ilə müraciət edib. O, bu “çağırış”a şahidlik etmələri üçün Rusiyadan bir qrup yazıçı və incəsənət adamlarını da özü ilə Dağlıq Qarabağa aparıb.

Politoloq Elnur Soltanov hafta.az-a açıqlamasında bildirib ki, erməni tərəfi bu cür addımlarla hazırkı prosesi legitimləşdirməyə çalışır. Yəni, qarşı tərəf de-fakto müstəvisində olan hadisəni de-yure formatına gətirməyə can atır: “İstər yazıçıların, istər öz cəmiyyətlərində hörməti olan və dünya miqyasında hörmətli şəxslərin Dağlıq Qarabağa səfərlərinin təşkili də məhz buna hesablanıb. Türklər buna “oldu, bitdi” deyirlər. Azərbaycan dilində bunun tərcüməsi “fakt qarşısında qoymaq”dır. Bütün bunlar işğal faktının ermənilər tərəfindən normallaşdırılması addımlarıdır. İşğalçı dövlətin baxışından nəzər saldıqda bu rasional davranışdır. Əlbəttə, onlar buna gedəcək və bundan sonra da bu cür addımların davamını gətirməyə çalışacaqlar”.

Politoloqun fikrincə Azərbaycan isə bundan əks istiqamətdə istifadə etməlidir. Yəni, düşmənə göstərməlidir ki, siz öz səhvinizi başqalarına qəbul etdirərək, əslində o səhvin əxlaqi boyutunu bir az da kiçildirsiniz: “Bir sözlə, insan öldürməyin, oğurluğun başqaları tərəfindən xoş qarşılanması nə deməkdirsə, bu da odur. Məhz işğal olunan ərazilərə başqalarının səfərini təşkil etməyin başqa adı yoxdur. İçərisində işğal faktı olan, cinayət elementlərinin, zorakılığın sıyrıqları açıq-aydın görünən, yüz minlərlə insanların öz ata-baba torpaqlarından məcburi köçkün salınmasına səbəb olan, suveren bir dövlətin işğalı ilə nəticələnən bir cinayətə kimlərisə ortaq etməkdir. Beynəlxalq hüquq nöqteyi-nəzərdən bu cür addımlar cinayətdir. Dağlıq Qarabağa qanunsuz səfərlər həm də insanlığa qarşı törədilmiş cinayətləri legitimləşdirməkdir. Bu səfərlə bağlı mövqe sərgiləmək tərəf tutmaq məsələsi deyil, bizə qarşı gəlirlər deyə biz də onlara qarşı getməliyik anlamından qaynaqlanmır. Bu cür səfərlər məsələni əxlaqi cəhətdən bir az da geriyə atır. Doğrudan da əxlaq, hüquq və legitimlik prinsiplərinə əks getdikləri üçün Azərbaycan bundan ermənilərin özlərinə qarşı istifadə etməlidir”.

Elnur Soltanov bildirib ki, ermənilərin bu istiqamətdə hər bir addımı üzlərinə vurularaq, onların özlərinə qarşı istifadə olunmalıdır: “Onsuz da Dağlıq Qarabağa icazəsiz gedən insanlar, xarici vətəndaşlar Azərbaycan tərəfindən “persona non qrata” elan edilir. Qara siyahıya salınır. Onlar hər dəfə işğal olunmuş ərazilərə səfərlər təşkil etdikcə beynəlxalq aləmdə adlarını çəkib utandırmaq lazımdır. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedən insanları işğalçılığın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Buna fokslanmaq lazımdır. Bu cür səfərlərə sərt reaksiyalar verməklə, təssüflənməklə kifayətlənməməliyik. İşğal olunmuş ərazilərə qanunsuz səfərlər təşkil edənlərə qarşı əməli addımlar atılmalıdır. Onların tətbiq etdiyi silahları, prosedurları işğalçının özünə qarşı çevirmək lazımdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018