Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda daha bir sensorlu svetofor quraşdırıldı - VİDEO
Tarix: 09.10.2018 | Saat: 17:20:00
Bölmə:Sosial Video | çapa göndər

Piyadaların təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində daha bir yolda xüsusi sensorlu svetofor qoyulub.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, qurum tərəfindən Salyan şosesi - Bibiheybət qəsəbəsindən keçən hissəsində quraşdırılan svetofor piyadaların, xüsusən də Bakı Ali Neft Məktəbinin yeni kampusunda təhsil alan şagirdlərin yolu təhlükəsiz şəkildə qarşı tərəfə keçməsinə imkan verir. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.

Məlumatda bildirilir ki, gələcəkdə paytaxtın digər küçə və prospektlərində də bu tip svetoforların quraşdırılması nəzərdə tutulub. Belə svetoforlar, eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin də yolu təhlükəsiz keçməsinə imkan verir. Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.

 Xatırladaq ki, "Sovetski" layihəsi çərçivəsində salınan yollarda 8 ədəd xüsusi sensorlu svetofor quraşdırılıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018