Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks xarakter daşıyır” - EKSPERT
Tarix: 10.10.2018 | Saat: 11:25:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar.

Bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib.

Mövzu ilə bağlı fikirlərini hafta.az-a açıqlayan "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev də deyib ki, son illər Azərbaycanda korrupsiya ilə mübarizə hökumətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib: “Korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası, institusional əsasları yaradılıb. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində əsas beynəlxalq konvensiyalara qoşulub və beləliklə, üzərinə bu sənədlərdən irəli gələn öhdəliklər götürüb. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun, «Korrupsiyaya qarsı mübarizə üzrə Dövlət Proqramı» (2004-2006-cı illər) və «Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya» və onun 2007-2011-ci illəri əhatə edən Fəaliyyət Planının qəbul edilməsi korrupsiyaya qarşı sistemli, ardıcıl və kompleks tədbirlər görülməsi yolu ilə mübarizə aparılmasının əsasının qoyulması baxımından çox mühüm addım kimi qiymətləndirilməlidir”.

Ə.Nuriyev bildirib ki, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri olaraq hökumətin korrupsiyaya qarşı mübarizə ilə bağlı düzgün strategiya və yanaşma seçdiyi qənaətindədirlər: «Son illər vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin əsas tərəfdaşına çevrildiyini söyləmək olar. Korrupsiyaya qarşı mübarizə sahəsində yerli QHT-lərin fəaliyyəti hökumətin antikorrupsiya siyasətinə dəstək verilməsinə, antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına, antikorrupsiya tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsinə yardım göstərilməsi, korrupsiyaya qarşı uğurlu mübarizənin əsas şərtlərindən biri olan möhkəm dövlət-özəl sektor-vətəndaş cəmiyyəti birliyinin, müttəfiqliyinin yaradılmasına yönəlib. Məsələn, 2016-cı ilin 9 sentyabrında Azərbaycanda Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması yaradılıb. Hazırda platformada 34 QHT, 9 dövlət orqanı və parlament nümayəndəsi təmsil olunur. Çünki ictimai iştirakçılığının real olaraq təminatı odur ki, hökumətlə vətəndaş cəmiyyəti daimi dialoq mühitində olsun. Bu platformanın təsis prosesində texniki tərəflər QHT Şurası tərəfindən həyata keçirildi. Platformanın məqsədi “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiq edilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi, habelə hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsidir.

Hazırda bu platformada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə milli koordinatoru, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, parlamentin nümayəndəsi kimi Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri təmsil olunur. Bunlar, sadəcə, üzvlər deyil, onlar qərar qəbuletmə prosesində iştirak edən şəxslərdir».
Ekspert həmçinin vurğulayıb ki, hər il korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq təşkilatların reytinqi açıqlanır və həmin siyahılarda Azərbaycanın mövqeyi irəliləməkdə davam edir: “Demək olar ki, "ASAN Xidmət”in yaradılması əslində korrupsiyaya qarşı mübarizə tədbirlərinin ən effektiv nümunələrindən biridir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, "Elektron Hökumət”in təşkili, bununla bağlı hökumət-vətəndaş cəmiyyəti platformasının yaradılması, vətəndaş cəmiyyətinin bu məsələdə yaxından iştirakı, anti-korrupsiya layihələrinin dəstəklənməsi və s. korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərdən biridir. Avropa təşkilatlarının, beynəlxalq təsisatların korrupsiyaya qarşı bir çox proqramlarımızı dəstəkləməsi də bu sahədə siyasi iradənin olduğunu göstərir. Yəni, korrupsiyaya qarşı mübarizə kompleks xarakter daşıyır.

Baxın, nə qədər korrupsioneri məsuliyyətə cəlb ediblər, nə qədər korrupsioner haqqında məhkəmə qərarı çıxarılıb. Unutmaq olmaz ki, konseptual yanaşma heç vaxt nəticəyə yönəlik yanaşma olmur. Korrupsiya baş verəndən sonra korrupsioner meydana çıxır və onun məsuliyyətə cəlb edilməsi zərurəti yaranır. Lakin çalışmaq lazımdır ki, korrupsiya baş verənə qədər məsələ həll olunsun. Yəni korrupsiya hallarını ortadan qaldırmaq lazımdır. Ölkə başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, kimliyindən asılı olmayaraq, korrupsiyaya yol verən istənilən şəxs məsuliyyətə cəlb olunacaq və bu məsələdə kimsəyə güzəşt yoxdur”.
Ə.Nuriyev bildirib ki, ölkəmizdə korrupsiya ilə bağlı mübarizədə ciddi siyasi iradə olduğundan hökümət əldə olunan nailiyyətlərlə kifayətlənmir: "İslahatların həyata keçirilməsinin ən vacib tərəflərindən biri də bu tipli problemlərin tamamilə aradan qaldırılmasıdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Burada həm müvafiq dövlət qurumları, həm də vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər. Ona görə, hesab edirəm ki, yeni fəaliyyət planı daha rasional, əhatəli və effektli həyata keçiriləcək. Yeni sənəd imkan verəcək ki, ölkədə rüşvətxorluqla bağlı mübarizə daha sistemli olsun”.

Sevinc



Bölməyə aid digər xəbərlər
20.11.2018 Qızıl bahalaşıb

Xəbərə şərh yaz
21.11.2018
20.11.2018