Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Almaniya hökuməti Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir - RƏSMİ MÖVQE
Tarix: 10.10.2018 | Saat: 12:33:00
Bölmə:Gündəm | çapa göndər

 

Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərmiş və sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

Hafta.az Almaniya mediasına istinadən xəbər verir ki, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, "AFR hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır". Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını vermişdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018