Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkə başçısı 9 ayın yekunu ilə bağlı son dərəcə müfəssəl təhlillərini verdi” - Zahid Oruc
Tarix: 10.10.2018 | Saat: 13:08:00
Bölmə:Siyasət | çapa göndər

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı müşavirədə geniş nitq söylədi. 9 ayın yekunları müzakirə olundu, qarşıdakı vəzifələrə toxunuldu. Prezident İlham Əliyev müşavirədə qeyd etdi ki, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik.

9 oktyabr müşavirəsi ilə bağlı fikirlərini hafta.az-la bölüşən millət vəkili Zahid Oruc bildirib ki,ölkə başçısı İlham Əliyev 9 ayın yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə ölkənin həyatı ilə bağlı son dərəcə müfəssəl təhlillərini verdi. Bu hər bir azərbaycanlı üçün keçdiyi yolu qiymətləndirmək baxımından vacibdir. Digər tərəfdən, ölkə başçısı strateji hədəfləri göstərdi. Bundan başqa, prezident son dərəcə vacib sahələrlə bağlı haqlı iradlarını, tənqidlərini, bir sıra hallarda ittihamlarını bölüşdü: “Bu məqam da xalqımız tərəfindən yüksək səviyyədə müdafiə olunur. Heç şübhəsiz ki, bu müşavirədə ən önəmli məsələ qarşıya qoyulan vəzifələrlə bağlı verilən mesajlar idi. Belə bir məqamda Amerika Birləşmiş Ştatlarının tarixinə bir nəzər yetirək; baxanda görürük ki, orada müxtəlif prezidentlər olub. Ancaq Franklin Ruzlevtin adı, statusu, yeri digərlərinə nisbətdə daha üstün qiymətləndirilir. Niyə, çünki Ruzvelt yalnız ayrı-ayrı sahələr üzrə prezident olmayıb o, təhlükəsizslik, diplomatiya, ölkələrarası münasibətlərlə yanaşı, ölkəsinin daha alt qatda dayanan problemlərinə də baş vurub. Xüsusilə də 1933-cü il depressiyasından ölkəsini xilas edib. Prezident İlham Əliyevin də missiyası belə elementlərlə kifayət qədər zəngindir. Əvvəlcə ona görə ki, ölkə başçısı yalnız təhlükəsizliklə bağlı problemləri çiynində daşıyan liderlərdən deyil. Halbuki, belə ola bilərdi. Amma öz-özlüyündə biz ölkənin kənd təsərrüfatı ilə, ekologiya, sosial sahələrlə bağlı bütün prosesləri dərinliyi ilə öz düşüncələrində daşıyan bir rəhbəri qarşımızda görməkdəyik. Həqiqətən də heyrətamiz səhnələrdir”.

Millət vəkili bildirib ki, lider addımlar atırsa, bu bütün məmur təbəqəsi üçün çağırış deməkdir: “Dünənki müşavirəni mavi ekrandan izlədim. Siyasi həyatımızda uzun onilliklər gördüyümüz simalar çərçivəsində İlham Əliyev həqiqi mənada 21-ci əsrin ən güclü liderlərindən sayıla bilər. Keçmişdə də vurğulamışam ki, əslində prezident bu qədər ictimai, sosial, iqtisadi, siyasi yükü çiynində daşımamalıdır. Onlar bərabər dərəcədə müxtəlif qurumlarla bölüşdürülməlidir. Pambıq, barama, tütün və sair bu kimi sahələrlə bağlı on illər ərzində mövcud olan durumu oratadan qaldırmaq üçün gerçək dövlət proqramlarını işləyib hazırlamaq, sonra onu icra mərhələsinə yönəltmək, nəticələrini təhlil etmək, onun ətrafında yeni planlar hazırlamaq kimi məsələlərin hamısına nəzarət ağır işdir. Qərb ölkələrdə biz bunun şahidi olmuruq. Sanki Avropada daha sadə prezidentlik sistemi mövcuddur. Birinci növbədə mən bunu vurğulamaq istəyərdim. İkincisi, dünənki müşavirəni yeni hökümətin ifasında keçirildiyini gördük. Bildiyimiz kimi hökümətin tərkibində bir sıra dəyişiklər aparılmışdı. Bunun özü də səbəbsiz deyildi. Düşünürəm ki, əvvəlki dövrlərdə həmin müvafiq strukturlara rəhbərlik edənlərin nə üçün dövlət başçısını qane etmədiklərini yaxşı bilirlər. Bu da nəticə çıxarmağa şərait yaradır. Hökumətin tərkibcə yeniləşməsi fonunda, üzvlərin bir qismi fərqli formasiyanın adamlarıdır. Önəmli olan hansı dönəmdə, hansı formasiyada doğulub boya-başa çatmaq, formalaşmaq məsələsi deyil. İstənilən ideologiyada sən xalqa xidmət edə bilərsən. Yetər ki, sən bunu istə və bunun üçün peşəkarlığın çatmış olsun. Ona görə də hökumətin bu formatda, bu statusda, kadrlar üzərindən fəaliyyəti üçün ölkə başçısının daha ciddi tapşırıqları var. Komandasına qarşı tələbkar mövqedən çıxış edən ölkə rəhbəri lider kimi yaxşı nümunələr yaradır. Bunların təkrarını hər bir nazirliyin fəaliyyətində görmək haqqımız var. Dediyimiz kimi, lider addımlar atırsa, bu bütün məmur təbəqəsi üçün çağırış deməkdir. Ona görə də dünənki müşavirə ilə bağlı ikinci məqam kimi məhz bu amili vurğulayardım”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2018
12.12.2018