Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Siyasətçilər, dini liderlər və ziyalıların həmrəyliyi davam etdirməsinə səy göstərəcəyik" - Nursultan Nazarbayev
Tarix: 10.10.2018 | Saat: 13:19:00
Bölmə:Sosial | çapa göndər

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ilk toplantısını 2003-cü ilin sentyabrında keçirən Beynəlxalq və Ənənəvi Din liderlərinin VI Konqresi Astanada işə başlayıb.

Hafta.az yazır ki, prezident Nazarbayevin sədrliyi ilə Astanadakı Sülh və harmoniya Sarayında (Piramida) keçirilən Konqresdə Serbiya prezidenti Aleksandr Vucic fəxri qonaq qismində iştirak edir. Astananın paytaxt olmasının 20-ci ilinə təsadüf edən və bu il sayca altıncısının  düzənlənildiyi Beynəlxalq və Ənənəvi Din liderlərinin Konqresinə qatılanlara təşəkkür edən, onları Qazaxıstanın paytaxtında görməkdən duyduğu məmnuniyyəti dilə gətirən N.Nazarbayev gələcəkdə Avrasiyanın paytaxtı olacaq bu şəhərdə düzənlənən toplantının Astananın kart-vizitinə çevrildiyini deyib. Dünyanın girdabına düşdüyü qarşıdurma və çalxantılara rəğmən Astanada keçirilən bu zirvənin yaxşılıq, qarşılıqlı hörmət və həmrəyliyin simvolu olduğunu xatırladan prezident Nazarbayev, siyasətçilər, dini liderlər və ziyalıların bu həmrəyliyi davam etdirməsi üçün var qüvvələri ilə səy göstərəcəklərini vurğulayıb.

Xatırladaq ki, Zirvədən əvvəl Qazaxıstan Senatının sədri Qasım-Comart Tokayevin sədrliyi ilə tədbirin katibliyi ayrıca iclas keçirib, müzakirə olunacaq məsələləri müzakirəyə çıxarıb. Dinin daxili siyasətdə və beynəlxalq layihələdə önəmli rol oynadığını söyləyən Tokayev bildirib ki, 21-ci əsrdə mənəvi dəyərlər siyasi, iqtisadi, sosial və mədəni həyatın hər bir sahəsində önəmli yer tutur. Dünyadakı geopolitik və geoiqtisadi dəyişikliklərin cəmiyyətdə bərabərsizliyi, etnik qruplar və dinlər arasında ixtilafı tətiklədiyini ifadə edən senat sədri, həmçinin mediada da reytinqli xəbərləri ilə cəmiyyətdəki inanc təmsilçiləri arasında nifrətin yayılmasına güclü təsir etdiyini deyib. Qeyd edib ki, bütün bu xoşagəlməzliklərin qarşısını almaq üçün dini liderlərin və onların ardıcıllarının üzərinə böyük məsuliyyət düşür. 

Məlumat üçün bildirək ki, tədbirdə əsas müzakirə mövzuları aşırı dinçilik, dini radikalizm və terrorçuluqla mübarizədir. 

Katibliyin qərarına əsasən növbəti Zirvə toplantısı 2021-ci ilin sentyabrında Astanada keçiriləcək. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018