Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın ən üstün pasportları hansı ölkəyə məxsusdur?
Tarix: 10.10.2018 | Saat: 14:40:00
Bölmə:Maraqlı | çapa göndər

Dünyanın ən üstün pasportlarının siyahısı açıqlanıb.

Hafta.az yazır ki, "Henley and Partners Pasaport İndeksi"nə əsasən, dünyanın ən üstün pasportu Yaponiyaya məxsusdur. Bu ölkənin pasportunu daşıyan şəxs hesabat hazırlanarkən araşdırılan 199 ölkədən 190 ölkəyə vizasız səfər edə bilir. Sinqapur pasportu ikinci yerdə qərarlaşıb - 189 ölkəyə vizasız gediş-gəliş mümkündür. Ümumiyyətlə, ən üstün pasportlar Avropa ölkəsinə məxsusdur. Siyahıda 3-cü yerdə Fransa, Almaniya və Cənubi Koreya yer alır. Bu ölkələrin vətəndaşı olan kəslər 188 dövlətə vizasız gedə bilərlər. Siyahıda 4-cü yer Danimarka, Finlandiya, İtaliya, İspaniya və İsveçə məxsusdur. Bu ölkələrin vətəndaşları 187  ölkəyə sərbəst səfər etmək imkanına malikdirlər. Siyahıda ilk beşliyi 186 ölkəyə vizasız səfər etmək şansı verən Avstriya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, ABŞ və İngiltərə tamamlayır. 6-cı yerdə Belçika, Kanada, İrlandiya, İsveçrə tutur. Bu ölkələrin pasportu ilə 185 ölkəyə vizasız getmək mümkündür. 7-ci yerdə olan Avstraliya, Yunanıstan və Maltanın pasportu 183 ölkəyə vizasız səfər etmək şansı verir. 8-ci yerdə qərarlaşan Çexiya və Yeni Zelandiya öz vətəndaşlarına 182 ölkəyə sərbəst getmək imkanı yaradır. 9-cu pillədə İslandiya isə 181 ölkə ilə vizasız sistemə sahibdir. İlk onluğu tamamlayan Macarıstan, Malayziya və Sloveniya isə vətəndaşlarının 180 ölkəyə sərbəst səfəri üçün vizalı gediş-gəlişi ləğv edib. 

Azərbaycan vətəndaşları cəmi 67 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Ölkəmiz bu rəqəmə əsasən Dominikan Respublikası, Filippin və Tunislə birlikdə 75-ci pillədə qərarlaşıb.

Keçmiş Sovet respublikalarının və yaxın qonşu ölkələrimizin vizasız gediş-gəliş məsələsinə əsasən pasportunun qiymətləndirilməsi müstəvisində mövqeyi aşağıdakı kimidir: 

Latviya və Litva 179 ölkə ilə vizasız səfər şansına sahib olub, siyahıda 11-cidirlər. Estoniya isə siyahıda 12-ci olub, 177 ölkə ilə sərbəst səfər müqaviləsinə malikdir. Ukrayna 41-ci pillədə olmaqla, 128 ölkə ilə vizasız səfər haqda müqavilə bağlayıb. 122 ölkə ölə ilə vizasız səfər barədə müqaviləyə sahib Moldova siyahıda 46-cı, 119 ölkə ilə sərbəst gediş-gəlişə malik Rusiya isə 47-cidir. 50-ci pillədə Gürcüstan dayanır - 112 ölkə ilə vizasız gediş-gəlişə malikdir. Belarus vətəndaşları 77 ölkəyə vizasız səfər edə bilərlər. Bu ölkə siyahıda 68-cidir. Qazaxıstan siyahıda 67-ci olub, 76 ölkə ilə vizasız səfər haqda saziş bağlayıb. Qırğızstan siyahıda 78-cidir, 62 ölkə ilə sərbəst gediş-gəlişə malikdir. Ermənistan isə 80-ci pillədə qərarlaşmaqla 61 ölkə ilə vizanı ləğv edib. Özbəkistan siyahıda 82-ci olub, 59 ölkə ilə viza sistemini ləğv edib. Tacikistan isə 83-cü pillədə yer almaqla 58 ölkə ilə vizasız sistemə malikdir. 

Qonşu ölkələrdən qardaş türkiyə siyahıda 51-ci pillədə yer alır. Türkiyə vətəndaşları dünyanın 111 ölkəsinə sərbəst gedib-gələ bilirlər. İran isə bu baxımdan bir az geri qalır - siyahıda 98-ci olub, cəmi 43 ölkə ilə vizasız səfər müqaviləsinə malikdir. 

Siyahıda ən aşağı səviyyəli pasporta malik ölkələrin siyahısında son beşliyi isə bu ölkələr tutur:

Pakistan 104-cü yerdə dayanıb 33 ölkəyə azad səfər etmək haqqına malikdir. Siyahının 105-ci pilləsində Somali və Suriya dayanır ki, bu ölkələrin vətəndaşları 32, 106-cı pillədə dayanan Əfqanıstan və İraq vətəndaşları isı cəmi 30 ölkəyə vizasız səfər etmək şansına sahibdirlər.   

Hesabata görə, 2017-ci il ərzində ən çox ölkə ilə vizasız gediş-gəliş müqaviləsi imzalayan dövlərin adları da açıqlanıb. Bu siyahıda 1-ci olan Gürcüstan il ərzində 18 pillə yüksələrək, yuxarıda qeyd etdiyimiz kimi, vizasız səfər edilən ölkələrin sayını 112-yə çatdırıb.  



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018