Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Anna Hakobyanın bir qrup rusiyalı qadınlarla Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir” – Sona Əliyeva
Tarix: 10.10.2018 | Saat: 14:28:00
Bölmə:Siyasət | çapa göndər

“Ümumilikdə götürsək Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının bir qrup rusiyalı yazıçıları, incəsənət adamlarını Dağlıq Qarabağa aparmasında heç bir sülhməramlı və xoşməramlı missiya yoxdur. Bu mümkünsüzdür. Çünki onlar beynəlxalq hüququn Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etdiyi, işğal olunmuş torpaqlarına rəsmi Bakının icazəsi olmadan gediblər. Təbii ki, Anna Hakobyanın bu addımı Azərbaycanın hüquq sisteminə, eləcə də beynəlxalq hüququn prinsiplərinə zidd bir addımdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkilinin sözlərinə görə, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın “sülh çağırışı” adı altında bir qrup rusiyalı qadınlarla Dağlıq Qarabağa səfərinin kökündə işğalçı ölkənin daxilindəki qeyri-stabil vəziyyət dayanır. Millət vəkili hesab edir ki, Anna Hakobyan bu cür səfərlər təşkil etməklə diqqəti ölkədəki böhran vəziyyətindən yayındıraraq, ictimai fikri Dağlıq Qarabağ məsələsinə yönəltmək istəyir: “Bu səfərlə Ermənistanda getdikcə vüsət alan siyasi qarşıdurmalar fonunda yaranan ictimai gərginliyin episentrini başqa istiqamətə yönəltməyə çalışırlar. Eyni zamanda, bu cür səfərlərlə baş nazir və onun həyat yoldaşının ictimai fəaliyyətinə aktiv fon verməyə cəhd göstərirlər. Yəni, bu səfərin əsas qayəsi məhz bu nüanslara hesablanıb. Bununla da populizmdən istifadə edərək narahat erməni xalqı qarşısında vaxt qazanmağa çalışırlar. Səfərin digər məqsədlərindən biri də Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü fikrə dəstək qazanmaq, məqsədinə çatmaq və daxili hakimiyyəti möhkəmləndirmək istəyi durur. Guya bunlar “sülh” və “barışıq” obrazı yaratmaqla xalqın fikrini ağır sosial vəziyyətdən, baş verən böhran durumundan başqa istiqamətə yönəldə biləcəklər. Təbii ki, bu ziddiyətli, qərarsız və təcrübəsiz Ermənistan rəhbərliyinin növbəti yanlış addımıdır. Ona görə ki, Paşinyan o qədər daxili vəziyyətdə gedən problemlərə köklənib ki, xarici siyasətdə beynəlxalq hüquq normalarını pozacaq qədər kobud səhvlər buraxır. Təbii ki, Dağlıq Qarabağa bu kimi səfərlərin təşkili beynəlxalq arenada hazırkı Ermənistan rəhbərliyinin, Paşinyanın əleyhinə işləyəcək. Hakobyanın Dağlıq Qarabağa icazəsiz səfər təşkil etməsi sülh danışıqları prosesinə də zərbədir”.

Millət vəkili Sona Əliyeva bildirib ki, onsuz da hazırkı Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlar Azərbaycan ərazisidir. Yəni, burada məqsəd “DQR”-in tanıdılması yox, işğalçı ölkədəki gərginliyin istiqamətini başqa səmtə çəkmək amili, gedişi dayanır:Ölkə başçısı cənab İlham Əliyev 9 oktyabrda keçirilən müşavirədə bildiridi ki, bizim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı olduğu kimi qalır. Biz ancaq və ancaq münaqişənin sülh yolu ilə nizamlanması yönündə addımlar atırıq. Onu da qeyd edim ki, Azərbaycandan fərqli olaraq hazırkı Ermənistan rəhbərliyi bir-birinə zidd bəyanatlar verməklə məşğuldur. Baxın, bir müddət əvvəl Paşinyan münaqişənin həlli ilə bağlı bir-birinin ardınca ziddiyətli bəyanatlar verirdi. Sonradan real vəziyyəti başa düşüb Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını danışıqlar masasında məsələni müzakirə etmək istəyini ifadə etdi. Bu Azərbaycanın xarici siyasətinin növbəti uğuru idi. Artıq yenidən Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar aparacaq. İlkin olaraq iki ölkənin xarici işlər nazirləri bir araya gələcək. Artıq ilk görüş olub. Dekabr ayında ikinci görüşün baş tutacağı gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının Dağlıq Qarabağa səfər təşkil təşkil etməklə dekabra qədər vaxt qazanmağa çalışırlar. Bu da həmin müddətə qədər ölkədə mövcud olan nisbi sakitliyi qoruyub saxlamaqdan ibarətdir. Yəni, rusiyalı qadınlardan ibarət bir qrup ictimaiyyət nümayəndələrinin işğal olunmuş ərazilərə səfərinin təşkili də məhz Ermənistandakı daxili gərginlikdən fikri yayındırmağa hesablanıb”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018