Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslamofobiyanın artmasının kökündə Avropa ölkələrinin yanlış siyasəti dayanır - Qənirə Paşayeva
Tarix: 10.10.2018 | Saat: 15:48:00
Bölmə:Siyasət | çapa göndər

AŞPA-da “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi,” “Avropada miqrantların və diaspor icmalarının radikallaşması" mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva Assambleyanın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından çıxış edib.

O, Avropada islamofobiyanın artmasında əsas səbəb kimi Avropa ölkələrinin müsəlmanlar, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətini göstərib və sərt tənqid edib. Deputat vurğulayıb ki, miqrantların və qaçqınların radikallaşmasının Avropa üçün həmin adamların keçdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təəssüf doğurur. Türkiyə milyonlarla qaçqın və miqrantı qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta bununla əlaqədar qəti tədbirlər görməsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidi ilə Avropaya gedən yolda bir çox çağırışlarla üzləşən miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. “Bu kontekstdə mən üzv dövlətləri miqrantların və xüsusilə də qaçqınların qeyri-insani şəraitlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez, effektiv humanitar tədbirlər görməyə çağırıram. Miqrantların radikal inanclara meyilli kimi təsvir edilməsi onların məskunlaşdıqları ölkələrdə radikallaşmaya gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərə olan mənfi yanaşmadır. Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatlıq doğurur. Bu vəziyyət radikallaşmanı bəsləyən səbəb yaradır. Avropada İŞID kimi terror təşkilatlarında təhsilli gənclərin yüksək iştirak dərəcəsi aydın şəkildə göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasət dayanır. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirəm ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək. Üzv dövlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmaların və müsəlman icmaların ehtiyaclarının və ideyalarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir” , - deyə deputat bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2018
12.12.2018