Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cari ilin 9 ayı Azərbaycan üçün böyük uğurlarla yadda qalıb - EKSPERT
Tarix: 10.10.2018 | Saat: 16:16:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb: "Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir”.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən iqtisadçı alim Əli Əlirzayev də deyib ki, cari ilin 9 ayı Azərbaycan üçün böyük uğurlarla yadda qalıb:

“Son illər ölkədə aparılan islahatlar müsbət nəticəsini verir. Statistikaya nəzər salsaq görərik ki, bu ilin doqquz ayının yekunlarına görə, Ümumi Daxili Məhsul (ÜDM) 0,8 faiz artıb, qeyri-neft sektorunda artım isə 1 faiz təşkil edib. Eyni zamanda, ölkədə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb və bu göstərici ölkə prezidentinin də vurğuladığı kimi, Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Digər diqqətçəkən məqam ondan ibarətdir ki,
cari ildə ölkədə kənd təsərrüfatı 4,3 faiz artıb. İnflyasiya cəmi 2,6, əhalinin gəlirləri isə 9,5 faiz təşkil edib. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub və bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Təbii ki, bütün bunlar iqtisadiyyatımızın bundan sonra da şaxələnməsinə, valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olacaq. Bu gün ölkəmizdə qarşıda duran bütün vacib məsələlər həll olunur, investisiya, infrastruktur layihələri icra edilir, bununla yanaşı sosial məsələlər yüksək səviyyədə həllini tapır. Sevindirici hal ondan ibarətdir ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün ortada çox güclü siyasi iradə mövcuddur”.
Ekspert hesab edir ki, bu ilin 9 ayı həm də vergi və gömrük orqanlarında islahatlar dövrü kimi yadda qaldı: “Dövlət başçısının da müşavirədə qeyd etdiyi ki, vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Hazırda biz bu sahələrdə müvafiq islahatların aparıldığını müşahidə edirik. Ölkə başçısının da iclasda vurğuladığı kimi bu gün Azərbaycan bölgənin, regionun lider dövləti olaraq qalmaqdadır və bu liderliyini də kimsəyə vermək niyyətində deyil. Təbii ki, növbəti illərdə ölkə iqtisadiyyatımızın daha böyük nəticələr əldə etmək potensialı var”.
Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018