Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“AFR-in Dağlıq Qarabağla bağlı mövqeyi birmənalıdır” – Elçin Mirzəbəyli
Tarix: 10.10.2018 | Saat: 17:38:00
Bölmə:Siyasət | çapa göndər

Almaniya mediası xəbər verir ki, Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.”

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli hafta.az-a açıqlamasında bildirib ki, bu kifayət qədər birmənalı mövqedir: “Şübhəsiz ki, Avropa İttifaqının da mövqeyini əks etdirir. Bu mövqeyi təkcə Almaniyanın mövqeyi kimi də qəbul etmək olmaz. Almaniya Avropa İttifaqının ən önəmli ölkələrindən biridir. Bu ölkənin Avropa İttifaqının ümumi şəkildə verdiyi qərarlarda siyasi mövqeyin müəyyənləşdirilməsindəki rolu danılmazdır. Əvvəla qeyd edim ki, bu sənəddə bir neçə mühüm faktor var. Ən mühüm faktorlardan biri məsələ ilə bağlı qoyulan suala konkret və birmənalı cavab verilməsidir. Yəni, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadə olunan fikir birmənalı şəkildə ifadə edilib”.

Politoloqun fikrincə, bu o deməkdir ki, Almaniya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayır: “Bu da birmənalı şəkildə ifadə olunur. Eyni zamanda, vurğulanır ki, Almaniya-Ermənistan münasibətləri deyiləndə Azərbaycanın Ermənistan ordusunun işğalı altında olan əraziləri nəzərdə tutulmur. Burada həm işğal faktı vurğulanır, həm də Almaniya-Ermənistan münasibətlərində yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən qəbul olunan konkret sərhədləri nəzərdə tutulur. Digər amillərə qalanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe ortaya qoyulur. Bir daha qeyd edim ki, bu sənəddə işğal faktoru vurğulanır. Bu kifayət qədər əhəmiyyətli və beynəlxalq hüquqa söykənən bir mövqedir. Düşünürəm ki, indiki məqamda belə bir mövqenin sərgilənməsini, Almaniyanın rəsmi mövqeyinin ifadə olunmasını Azərbaycan dövlətinin uğuru hesab etmək olar. Son dövrlərdə Azərbaycan-Almaniya münasibətlərindəki müsbət inkişaf da burada öz rolunu göstərir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
"İşəgötürən qızların ayaqlarından və cəlbediciliyindən istifadə etmək istəyir" - Mehriban Zeynalova
Rüstəm Usubov Ağstafadakı 4 nəfərin öldürüldüyü güllələnmədən danışdı
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu
Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz - Ərdoğan
Binədə yolu keçən qadını avtomobil vurub öldürdü
“İran Xəzər üzərindən qlobal layihələrə daxil olmağa çalışır” – Cenk Tamer
BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib - FOTO
Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur - Əli Əhmədov
"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Moskvanın Azərbaycan İcması iftar süfrəsi təşkil edib - FOTO
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO
Peru Konqresi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO
Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub - “Azərişıq”
Dənizkənarı Milli Parkda azarkeş festivalına böyük sayda turist gəlib - FOTO
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək - Nazir
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Xorvatiyada qeyd olunub - FOTO
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub