Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Abşeronda avtobus dayanacağı anbara çevrildi - GÜNÜN TƏZADLARI
Tarix: 10.10.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Abşeron rayonu Məhəmmədi qəsəbəsi üzrə işləyən 217 saylı marşrut avtobuslarının dayanacağı zəbt olundu. Hafta.az yazır ki, Bizimyol.info-nun verdiyi xəbərə görə, artıq dayanacaqdan anbar kimi istifadə olunur. Məhəmmədi qəsəbə sakininin sözlərindən bəlli olur ki, yaxınlıqdakı məscid təmir olunur və təmir işində istifadə olunan materiallar bu anbara qoyulur.

“Bələdiyyə binasından 30 metr məsafədə yerləşən dayanacağa qapı, pəncərə və ona dəmir barmaqlıq qoyub anbar kimi istifadə edirlər. Yay aylarında dayanacaqsız da orada dayanmaq mümkündür. Amma yağışlı havada dayanıb avtobus gözləmək çətindir”, - deyə sakin bildirib.


Bakı Şəhər Prokurorluğunun əməkdaşı həbs edildi


Bakı Şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət başlandı. Hafta.az yazır ki, "Report"un əldə etdiyi məlumata görə o, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir. Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyiblər. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb.


Hövsanda şagird məktəbə gözyaşardıcı qaz buraxdı


Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləndilər. Hafta.az yazır ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Ambulanslar məktəbdən 9 şagirdi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: "Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyəti sabitdir".
76 nömrəli tam orta məktəbdən "Report"a daxil olan məlumatda isə bildirilir ki, oktyabrın 10-da saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: "Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Uşaqlar dərhal təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib". Günün sonunda alınan məlumata görə, artıq zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb. Bildirilib ki, məktəbdə şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət edilsin.


Türkiyədə yeni doludağıdan qurğu icad edildi


Türkiyənin Van bölgəsində yerləşən İş Gəlişdirmə Mərkəzində (İŞGEM) doluya qarşı qurğu icad olundu. Bölgədə, təxminən, 1 000 hektar ərazidə quraşdırılmış qurğu 12 kilometr yüksəyə qaz püskürərək suyun yağış kimi yerə düşməsinin və kristallaşmasının qarşısını alır. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Vanda sınaqdan keçiriləndən sonra, yeni qurğunun ilk dəfə Azərbaycana idxal olunduğu bildirilir.
İŞGEM İdarə heyətinin sədri Mahmud Gedik belə deyib: "...Türkiyədə olmayan ilk dəfə Vanda icad olunan doluya qarşı qurğuları Van İŞGEM-də yaratdıq. Bizə bu qurğu ilə bağlı bir təşəbbüskar müraciət etmişdi, biz ona yer və imkan yaratdıq və nəticə əldə etdik. İlk məhsul ixracımızı Azərbaycana etdik. İkinci partiya məhsullarımızı da Yozgatdaki Türkiyənin ən böyük meyvə təsərrüfatına göndərəcəyik".
Gedik, həmçinin bildirib ki, keçən dövrdə dolu fermer və istehsalçılara xeyli zərər verib. Bu qurğu, təxminən, min hektarlıq ərazidə dolunun qarşısını alacaq. Həm də ən əsası, cihazın sağlamlığa və ətraf mühitə heç bir zərəri yoxdur və Avropadan gətirilən anoloji qurğularla müqayisədə tam avtomatlaşdırılıb.


Küçədə çarpayının üzərində meyit tapıldı


Çarpayıda adyala bürünmüş 30 yaşlı miqrantın meyiti polis tərəfindən küçədə aşkar edildi. Hafta.az Musavat.com-a istinadla yazır ki, Səudiyyə Ərəbistanında baş verən qəribə hadisə polisləri də heyrətləndirib. Bir neçə gün öncə polisə gələn şikayətdə deyilib ki, gecəyarısı yolun ortasında çarpayı qoyulub və adyala bürünmüş bir adam meyiti də onun üzərindədir. Polis hadisə yerinə gələn zaman həqiqətən adyala bürünmüş 30 yaşlı miqrantın meyitini küçədə aşkar edib.


40 min dollarlıq brilyantı oğurlayıb uddu və…


Türkiyənin Marmaris ərazisində girdiyi zərgərlik dükanından 40 min dollar dəyərində brilyant üzüyü oğurlayıb və sonra onu udan irlandiyalı İan Kempl həbs olundu. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, birinci məhkəmə prosesindən sərbəst buraxılan İan hakimin etirazından sonra yenidən həbs edilib. Bildirilir ki, tətil üçün Marmarisə gələn turist mağazaya girərək, satın almaq bəhanəsi ilə üzüklərə və digər zinət əşyalarına baxıb, sonra isə üzüyü cibinə qoyaraq mağazadan qaçıb. Mağaza sahibi polislərə xəbər verib. Polislərin gəldiyini görən Kempl üzüyü udub. Üzük polislər tərəfindən yaxalanan turistin bədənindən tibbi yolla çıxarılıb. Sonra əcnəbi məhkəməyə gətirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018