Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb - FOTO
Tarix: 11.10.2018 | Saat: 11:48:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.

Çöl donuzu (qaban)

Ovlanma müddəti: 15 sentyabr-22 dekabr 2018-ci il

Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Dovşan

Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

 

Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində



Bölməyə aid digər xəbərlər
13.11.2018 Sabah qaz olmayacaq

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018