Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan səfiri Əbu Dabi Ticarət və Sənaye Palatasının baş direktoru ilə görüşüb
Tarix: 11.10.2018 | Saat: 11:13:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Əbu Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb.

Hafta.az səfirliyin yayımladığı məlumata istinadən yazır ki, görüşdə səfir Ümummilli lider Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed tərəfindən əsası qoyulmuş Azərbaycan-BƏƏ arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti barədə məlumat verərərək, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş nailiyyətlər, həyata keçirilən genişmiqyaslı beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti haqda söz açıb. İqtisadi əlaqələrin indiki vəziyyətinə və potensialına toxunan səfir qeyd edib ki, 2016-2018-ci illər ərzində BƏƏ-dən Azərbaycana gedən turistlərin sayında müşahidə edilmiş kəskin artım, bibaşa uçuşların həftədə 50-yə çatması iki ölkənin əhalisi və biznes dairələri arasında qarşılıqlı məlumatlılıq və anlayışı artırıb. Bu da iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkan yaradır. Səfir prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın BƏƏ ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Azərbaycanın xarici ölkələrdə açılmış dörd ticarət nümayəndəliyindən birinin də BƏƏ-də təsis olunduğunu xüsusi qeyd edib. Diplomat bunun BƏƏ ilə əməkdaşlığa verilən önəmin göstərici olduğunu deyib. Daha sonra Azərbaycanın BƏƏ-dəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsi Elnur Əliyevi baş direktora təqdim edilib.

Səfir Şikarov BƏƏ ilə iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin ənənəvi olaraq Dubaya hədəfləndiyini, lakin səfirliyin Əbu Dabi və digər əmirliklərlə də əməkdaşlıq üçün potensial gördüyünü baş direktorun diqqətinə çatdırıb. O, səfirliyin yerləşdiyi, siyasi mərkəz olmaqla yanaşı həm də  ölkə ərazisinin 83 faizini əhatə edən Əbu Dabi əmirliyində Azərbaycan məhsulları və xidmətləri üçün böyük alıcı kütləsinin mövcud olduğunu vurğulayıb. Səfir məhz bu səbəbdən səfirliyin BƏƏ-nin Dubay və Şarja vasitəsilə Azərbaycanla birbaşa hava əlaqəsinin olmasına baxmayaraq, Əbu Dabidən də Bakıya birbaşa uçuşlara başlanmasını təşəbbüs etdiyini və buna nail olduğunu, Əbu Dabidə keçirilən Şeyx Zayed İrsi beynəlxalq ticarət və mədəniyyət sərgisində Azərbaycan pavilyonunun yaradıldığını və orada keçirilən digər tədbirlərdə azərbaycanlı iş adamlarının və dövlət dairələrinin iştiraka təşviq edildiyini nəzərə çatdırıb.

Səfir Dubay Ticarət və Sənaye Palatasının Azərbaycanla təmaslarının daha sıx olduğunu diqqətə çatdıraraq, Dubay palatasının Azərbaycanda nümayəndəliyinin olmasının bu işdə müstəsna rol oynadığını bildirib. O, Əbu Dabi palatası ilə də Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi arzusunu ifadə edib, Əbu Dabi palatasının rəhbərliyi və üzvlərinin Azərbaycana səfərinin təşkili, qarşıdan gələn iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasına və digər tədbirlərə qatılmalarını da təklif edib.

Məhəmməd əl-Muhairi ölkəsi haqqında deyilmiş xoş sözlərə minnətdarlığını yetirərək, Əbu Dabi palatası tərəfindən keçirilmiş son tədbirlər və BƏƏ iş adamlarının xarici ölkələrə təşkil olunmuş səfərləri barədə məlumat verib. Baş direktor Azərbaycanın həm turistik, həm də işgüzar istiqamət kimi BƏƏ-də imicinin artmasına sevindiyini bildirmiş, bu istiqamətdə rəhbərlik etdiyi palatanın hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib. Məhəmməd əl-Muhairi Dubay palatası ilə sıx əməkdaşlıq etdiklərini, tələb olunduqda Bakıdakı nümayəndəliyin xidmətlərindən və məlumat dəstəyindən faydalandıqlarını bildirib, Əbu Dabidə Azərbaycanla, eləcə də bu əmirliklə bağlı Azərbaycanda məlumatlılığın artırılmasının vacibliyi barədə səfirin fikirlərini dəstəkləyib.

Məhəmməd əl-Muhairi Əbu Dabi iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkili ilə əlaqədar palatanın idarə heyətinə təklif təqdim ediləcəyini də deyib.

Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində ticarət nümayəndəsi Elnur Əliyev ticarət nümayəndəliyi təsis olunan gündən indiyədək görülmüş işlər barədə baş direktora məlumat verib. E.Əliyev Azərbaycan və Əbu Dabi iş adamları arasında birbaşa təmasın yaradılması barədə fikirlərini bölüşərək, yaxın zamanlarda belə bir tədbirin təşkilini təklif edib.

Görüşün yekunu üzrə yaxın gələcəkdə konkret tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018