Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ordumuzun hazırkı səviyyəyə gəlib çatması Ali Baş Komandanın diqqətinin sayəsindədir” – Şair Ramaldanov
Tarix: 11.10.2018 | Saat: 12:59:00
Bölmə:Müsahibə | çapa göndər

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı müşavirədə geniş nitq söylədi.

Ölkə başçısı müşavirədə ordu quruculuğuna da geniş yer ayırdı. Silahlı qüvvələrin Ali Baş Komandanı bildirdi ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. O, Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasında olduğunu vurğuladı. Bildirdi ki, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilib. Bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilib: “Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovla müşavirədə səsləndirilən fikirlər yönündə söhbətləşdik. Ehtiyatda olan polkovnik hafta.az-a müsahibəsində ordumuzda görülən və görüləcək işlərdən danışdı. Bildirdi ki, ordumuzun dünyanın ən güclü ordular sırasına gəlib çıxması dövlətin və silahlı qüvvələrin Ali Baş Komandanının əməyinin və səyinin nəticəsidir.

-Cənab polkovnik, bir müddət əvvəl ordumuzun dünya silahlı qüvvələrinin reytinqində 53-cü yerə yüksəlməsi ilə bağlı statistika açıqlandı. Yaxın gələcəkdə bu göstəricinin hansı pillə ilə əvəz olunacağı haqqında proqnozunuz nədir? Son müşavirədə ölkə prezidentinin silahlı qüvvələrin təchizatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibətinizi öyrənmək istərdik. Yeni alınan silah-sursat və texniki təminat sizi qane edirmi?

-Gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin dünya ordularının reytinq sıralamasında neçənci yerə yüksələcəyi ilə bağlı proqnozlar vermək çətindir. Bəri başdan bunu heç kim dəqiqliklə deyə bilməz. Ümumiyyətlə, bu gün bizim ordumuzun nəyə qadir olduğunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı, cənab prezident İlham Əliyev dəfələrlə vurğulayıb. Bütün müşavirələrdə ordumuzun göstəricisi cənab prezident tərəfindən yüksək qiymətləndirilib. Hərbi sahə, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizatının günbəgün yaxşılaşdırılması ilə bağlı məsələlər Ali Baş Komandanın birbaşa nəzarətində, diqqəti altında olan məsələdir. Ölkə başçısının ordu ilə bağlı səsləndirdiyi yüksək fikirlərə qüvvət olaraq demək istəyirəm ki, son bir neçə ay ərzində Azərbaycan Ordusunun keçirdiyi iki hərbi parad dövlətimizin gücünün, qüdrətinin göstəricisi idi. Bizim gücümüz dünyaya və xalqımıza əyani şəkildə göstərildi. Paraddan sonra 20 mindən yuxarı şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirildi. Hazırda hər bir dövlətin bu miqyasda hərbi təlimlər keçirmək imkanı yoxdur. Sizə maraqlı bir faktı deyim, bu yaxınlarda bizim ordumuzun bölmələrindən birində tabur səviyyəsində təlimlər keçirilmişdi. Düşmənlərimiz həmin təlimləri elə qələmə vermişdi ki, guya böyük sayda şəxsi heyətin iştirakı ilə keçirilmişdi, qorxuya düşmüşdülər. Halbuki, bir taburda maksimum 400-500 nəfər iştirak edə bilər.

- Cənab polkovnik, 20 minlik şəxsi heyətin iştirakı ilə keçirilən təlimlərin əsas məqsədi nə idi?

- Bu irimiqyaslı təlimlərlə ilk növbədə silahlı qüvvələrimizin imkanları göstərildi. Digər tərəfdən, Silahlı Qüvvələrin rəhbər heyətinin yüksək hərbi potensiala malik olması bir daha öz təsdiqini tapdı. Çünki 20 min insanı təlimlərdə idarə etmək, bütün təlimlərə aid olan sənəd planlaşdırmasını aparmaq, onları tam şəkildə icra etmək peşəkarlıq tələb edir. Bu cür təlimlər bizim komandanların, sərkərdələrin peşəkarlığının hansı yüksək mərtəbədə olduğunu göstərdi. Çünki təlimlər çox yüksək səviyyədə baş tutdu. Bundan başqa, həmin təlimlər zamanı digər istiqamətlər üzrə hərbi mütəxəssislərin yüksək peşəkarlığına şahidlik etdik. Təlimlərə çoxlu sayda texnika çıxarılmışdı. Başqa-qaşqa qoşun növləri ümumi təlimin bir parçası kimi burada iştirak edirdi. Demək olar ki, silahlı qüvvələrimizin bütün növləri bu təlimlərə qatılmışdı. Təlimlər zamanı həmin mütəxəssislər yüksək peşəkarlığı ilə fərqləndi. Mən bunları təlimlərin nəticələrinə əsasən deyirəm. Azərbaycan Respublikasının aldığı yeni silah və sursat hər təlimdən təlimə tətbiq olunur. Onların əsgər vəz abit heyəti tərəfindən necə mənimsəndiyi məhz bu təlimlərdə üzə çıxır. Hər təlimdə alınan yeni silah-sursat və texnikalar üzrə mütəcəssislərin nilik və bacarıqları mütləq şəkildə yoxlanılır. Eyni zamanda, alınan yeni silahların silahlı qüvvələrimizdə istifadəsi taktiki formada istifadə olunur. Bu baxımdan son təlimlərdəki göstəricilər də çox yüksəkdir. Artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bugünkü potensialı onu göstərir ki, biz nəinki ən müasir texnika və sursatlara malikik, həm də kadrlarımızın yüksək peşəkarlığı alınan texnikaların çox gözəl formada, peşəkarlıqla idarə etmələrini görürük. Azərbaycan Ordusu dünyanın peşəkar orduları sırasındadır. Bu gün bütün hərbi sahədəki mütəxəssislərimiz, hərbi qulluqçularımız müqavilə əsasında xidmət edir. Bu məqam silahlı qüvvələrin tərkibində xidmət keçən həmin mütəxəssislərin peşəkar olmasına imkan verir. Bu gün ordumuzda bir vəzifədə, tank ekipajı, artilleriya heyəti, rabitəçilər, kəşfiyyatçılar – bütün mütəxəssislər müqavilə əsasında xidmət keçir. Onların hamısı keçmiş aidiyyatı sahələr üzrə hərbi qulluqçulardır. Bu da Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin peşəkarlığının durmadan artmasına xidmət edir.

-Bu gün hərbi mütəxəssislərin hazırlığı sizi qane edirmi? Onların peşəkarlıq səviyyəsinə çatdırılması üçün hərbi taktiki müstəvidə hansı işlər görülür?

-Bu gün bizim ordumuza mülki həyatdan gəlib müqavilə bağlayandan sonra birbaşa hərbi xidmətə başlanılmır. Onlar əvvəlcə qəbul imtahanları verirlər. Seçimlər olur. Hətta bir yerə 10 nəfərdən artıq şəxs imtahan verir. Çox böyük müsabiqələr keçirilir. Yəni, bu seçimdən sonra onlar aidiyyatı proqram üzrə bir neçə aylıq kursa cəlb olunurlar. Kursdan sonra həmin şəxslər buraxılış imtahanları verirlər. İmtahanları müvəffəqiyyətlə verən şəxslər, hərbi biliyi yüksək səviyyədə mənimsəyən şəxslər daha sonra hərbi hissələrə göndərilirlər. Deməyim odur ki, bu çox ciddi prosesdir. Bütün bunlar silahlı qüvvələrimizdə xidmət edən hərbi qulluqçularımızın yüksək peşəkarlığa malik olmasına imkan yaradır. Ona görə də silahlı qüvvələrimiz güclülər sırasındadır. Öz peşəkarlığı ilə seçilir.

-Bu cür peşəkarlıq səviyyəsi beynəlxalq hərbi təlimlərdə, yarışlarda da özünü göstərirmi? Bu yöndə uğurlu nəticələrimiz varmı?

-Siz bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri daim beynəlxalq yarışlarda iştirak edirlər. Həmin beynəlxaq yarışlarda mütəxəssislərimiz həmişə birincilər sırasında olub. Son belə yarış Türkiyədə keçirilib. 28 dövlətin ordu nümayəndələrinin iştrakı ilə keçirilən yarışma idi. Bizim xüsusi təyinalı qüvvələrimizin nümayəndələri həmin təlimdə iştirak etdilər və 28 ölkə arasında birinci yeri biz tutduq. Beynəlxalq qurumlar da hər il dünya ölkələrinin orduları ilə bağlı statistik göstəriciləri təqdim edəndə bu göstəriciləri nəzərə alırlar. Ölkə prezidenti cənab İlham Əliyevin sözlərinə qüvvət olaraq onu demək istəyirəm ki, Azərbaycanın büdcəsi imkan verir ki, biz ordumuzun imkanlarını ildən ilə daha da genişləndirək. Cənab Ali Baş komandan 9 oktyabr müşavirəsində bir daha təsdiq etdi ki, o, bu sahəyə yenə də diqqət yetirəcək. Bu qayğının nəticəsində ordumuz get-gedə inkişaf edir. Əlbəttə iqtisadi cəhətdən inkişaf edən ölkəmiz yeni-yeni çıxan silahları da öz arsenalına cəlb etməyə çalışacaq. Bu da gələcəkdə ordumuzun daha da yüksək reytinqlərdə qərarlaşacağından xəbər verir. Bu gün 53-cü yerdəyiksə, ola bilsin ki, yaxın gələcəkdə daha bir neçə pillə irəliləyək. Keçən statistik göstəricilərlə müqayisədə Azərbaycan Ordusu hardasa 10 pillə irəliləyib. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır. Bu da ilk növbədə ölkə prezidentinin bu sahəyə qayğısının nəticəsindədir. Həm də silahlıq üvvələrimizin şəxsi heyətinin səyinin, yüksək hazırlığının sayəsindədir.

-Hərbi sənayemizin hazırkı inkişafı sizi qane edirmi?

-Bu gün bizim hərbi sənayemiz hərbi potensialımızın yüksəldilməsinə xidmət edir. Bir müddət əvvəl paytaxtımızda çox yüksək səviyyədə müdafiə sərgisi keçirildi. Hərbi sənayemiz silahlı qüvvələrimizin çox yüksək səviyyəli təminatçısıdır. Bu gün hərbi sənayemiz ordumuzu ən çox istifadə olunan silah, sursatlarla, onların mərmiləri ilə təmin edir. Birinci Qarabağ müharibəsində əsas problemlərdən biri silah-sursatın çatışmazlığı idi. Mərmilər, patronlar çatışmırdı. Hazırda bu problem aradan qaldırılıb. Bu da silahlı qüvvələrimizin sabah hər hansı bir döyüş tapşırığını yerinə yetirməsi üçün çox böyük qarantdır. Bu da çox böyük hərbi təkandır. Cənab prezident vurğuladı ki, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və sursatlarla təmin olunacaq. Yaxın keçmişə baxanda görürük ki, ordumuz bu yöndə də qrafik üzrə çox böyük inkaf yolu keçib. Bəzən bəzi adamlar deyirlər ki, bu qədər müasir silah-sursat alırıq, nəyə lazımdır. Anlamırlar ki, döyüş tapşırığı zamanı hərbçilərin yaxın döyüş şəraitində təmasına qədər ən müasir silahlarla rəqibin döyüş imkanlarını zəiflətsək, onların səngərdəki mövqelərini, dərinliklərdəki düzülüşünü darmadağın etsək real döyüş zamanı itkilərimiz bir o qədər az olacaq. Bunun üçün də həmin hədəfləri vura biləcək ən müasir silahlarımız olmalıdır. Azərbaycan bu istiqamətdə daim inkiaf edir və ordumuzun arsenalı durmadan ən müasir texnika və sursatlarla zənginləşdirilir. Heç şübhəsiz ki, silahlı qüvvələrimizin bugünkü səviyyəyə gəlib çatmasında ölkə başçısı, silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əməyi və səyi danılmazdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018