Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan-Malta matçının hakimləri açıqlanıb
Tarix: 11.10.2018 | Saat: 15:19:00
Bölmə:İdman | çapa göndər

UEFA Millətlər Liqasının IV turunda Azərbaycan və Malta yığmaları arasında keçiriləcək matç üçün hakim təyinatları açıqlanıb.

Hafta.az xəbər verir ki, görüşü İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Ona yan xətt hakimləri Tomislav Petroviç və Miro Qrqiç yardımçı olacaq. Dördüncü hakim funksiyasını Qoran Pataqi yerinə yetirəcək. Əlavə köməkçi-hakimlər Mario Zebek və Qoran Qabrilo olacaq.

Bebek 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın evdə İtaliya "Fiorentina"sına 1:2 hesabı ilə məğlub olduğu oyunu da idarə edib. O, həmçinin AVRO-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu oyunda da fit çalıb. Xorvatiyalı referi həmin matçın 55-ci dəqiqəsində Rauf Əliyevə qırmızı vərəqə göstərib.

41 yaşlı referi 2005/2006 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”nin İslandiya “Habnarfyordyur”unu 2 cavabsız qolla üstələdiyi qarşılaşmada da iş başında olub.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-də başlayacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018