Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Almaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib” – Elxan Şahinoğlu
Tarix: 11.10.2018 | Saat: 15:16:00
Bölmə:Siyasət | çapa göndər

Almaniya mediası xəbər verir ki, Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.”

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hafta.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə Almaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Berlin bunu hər yerdə - hər toplantıda, seminarda, hər beynəlxalq konfransda dəfələrlə vurğulayıb: “Amma çox təssüf ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edərkən xatırlayırsınızsa, aprel döyüşləri baş vermişdi. Dağlıq Qarabağ cəbhəsində savaş çıxmışdı. Almaniya həmin vaxt söz vermişdi ki, bu məsələnin həlli ilə bağlı ciddi şəkildə məşğul olacaq. Hətta xatırlayıram ki, Almaniyanın o zamankı xarici işlər naziri, indiki prezidenti Ştaynmayer bölgəyə səfəf edərkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeddi maddəlik plan var. Amma planın içəriyi sirr olaraq qaldı. Maddələrin nələrdən ibarət olduğu bilinmədi. Eləcə də münaqişənin sonrakı sülh yolu ilə nizamlanması prosesində biz bu maddələrin işə düşmədiyinin şahidi olduq. Yəni, Almaniya münaqişənin həllinə həvəs göstərirdi”.

Politoloqun sözlərinə görə, yenə də bütün hallarda Berlin beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini qəbul etdiyini də vurğulayır: “Almaniya işğal faktını da hər zaman rəsmi və ya qeyri-rəsmi formada vurğulayıb. Bu bizim üçün də önəmlidir. Çünki Almaniya sıradan bir dövlət deyil. Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Bölgədə və dünyada söz sahibi olan bir dövlətdir. Almaniyanın xarici siyasət idarəsinin Qarabağla bağlı mövqeyini bu formada sərgiləməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını həmin sorğuda göstərməsi rəsmi Bakı üçün çox vacibdir. Əsas odur ki, Avropanın digər partiyaları da bu cür sənədlər qəbul etsin. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlərin sayı Avropada çox olsun”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018