Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“9 oktyabr müşavirəsində hökümətin üzərinə mühüm vəzifələr qoyuldu” – Zahid Oruc
Tarix: 13.10.2018 | Saat: 10:41:00
Bölmə:Gündəm | çapa göndər

“Son 9 ayın yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə axırıncı üç il ərzində maliyyə-bank sektorundakı bəlli proseslər ucbatından, xüsusilə də manatın devalvasiyası fonunda yaşanan çətinliklərin aradan qaldırılması, sabitləşmənin baş verməsi və bundan sonrakı dönəmdə inkişaf üçün addımların atılmasına dair hökümətin üzərinə vəzifələr qoyuldu”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili 9 oktyabrda ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, bu yöndə resurslar, potensial yetərincə böyükdür: “Uzun onillər illərdir ki, bizim transmilli çərçivədə müxtəlif layihələrimiz hazırlanıb, onlar həyata keçiriləcək. Enerji sektorunda, xüsusilə də artıq qaz resursunun gəlir gətirəcək sahəyə çevrilməsi, o cümlədən Türkiyədə inşa olunan “Star” zavodunun, hansı ki, oraya 6 milyard investisiya qoyulub, yaxın gələcəkdə gəlir gətirəcəyi müşavirədə xüsusi vurğulandı. Bütün bunlar, yəni, ölkənin daxilində və xaricində külli miqdarda vəsait aparan sahələrin geri dönüş, mənfəət erasının başlandığını və neftin kənarında digər sahələrdən də əldə olunacaq çəkili vəsaitlər deməkdir. Bu isə öz-özlüyündə problemlərin aradan qaldırılması ümidini daha da artırır”. Millət vəkili hesab edir ki, yekunda cənab prezidentin vurğuladığı ən mühüm məsələlərdən biri islahatların davam etdirilməsi ilə əlaqədar verdiyi bəyanatlar idi. Çünki, dövlət strukturları, institutsional islahatlara uğramadan prosesləri irəliyə aparmaq mümkün deyil. Həqiqətən də belədir: “Çünki biz tamam fərqli ideoloji cəmiyyətdən çıxmışıq. Sovet mirasını bir günün içərisində aradan qaldırmaq mümkün deyil. Əksər sahələrdə - kənd təsərrüfatının inkişafı, sənayenin formalaşması, idxal-ixrac əməliyyatları – hamısında elə tədbirlər reallaşdırılmalıdır ki, bu bizim ölkəmizi xarici əlaqələrdə üst mövqeyə daşısın. Cənab prezident 9 oktyabr müşavirəsində haqlı olaraq dedi ki, biz elə bir mövqe əldə etmişik ki, bir çox layihələr sanki bizdən asılı durmumda olsun. Bu önəmli bir məsələdir. Yəni, yalnız neft-qaz kəmərləri ilə neft və qazla iqtisadi müstəqilliyi qorumaq mümkün deyil. İndi Azərbaycan quru, hava yolu, limanlar və sair sahələrlə böyük qovşağa çevrilib. Bu həm də təhlükəsizliyimizin qovşağıdır. Ona görə də müşavirə yüksək siyasi, iqtisadi ruhda keçdi. Düşünürəm ki, onu dinləyənlər də, tapşırıqları birbaşa, şəxsi olaraq qəbul edənlər də, tədbirdə yer almayan insanların da 9 oktyabr müşavirəsindən çıxaracağı çox böyük nəticələr var. Yetər ki, prezidentin məramı, xalqın qarşısında dövlətin götürdüyü ali məramların həyata keçməsi, problemlərin aradan qaldırılması reallaşsın”.

Zahid Orucun sözlərinə görə Azərbaycan xalqı Cənubi Qafqazın ən qabiliyyətli xalqıdır. Bu xalq ən yaxşı yaşayan xalq olmalıdır: “Nə Gürcüstanın, nə də Ermənistanın buna gücü və resursu çatmır. Ayrı-ayrı məsələlərdə gürcülərin bizdən üstünlüyünü görəndə biz düşünməliyik ki, harada səhv etmişik. Yanlışlıqları aradan qaldırmalıyıq. Nə üçün bizim kapitalımız o ölkəyə çıxıb getməlidir? Niyə bu kapitalı biz öz əlimizdə saxlaya bilməmişik?! Daxili investisiya nə üçün bizi tərk etməyə çalışır?! Əlverişli şəraiti yaratmağa qoymayan kimlərdir və s kimi suallara ayrınlıq gətirməliyik. Bütün bunların əksini biz o müşavirədə gördük”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018