Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Asiya İnkişaf Bankı Tacikistana 10 milyon dollar ayırıb
Tarix: 12.10.2018 | Saat: 12:25:00
Bölmə:Dünya | çapa göndər

Əhalisinin təxminən 75 faizi dağlıq bölgələrdə və çayların vadilərində yaşayan Tacikistanda iqlim dəyişikliyinin səbəb olduğu və ya gələcəkdə törədəcəyi fəsadlara qarşı öncədən xəbərdarlıq sisteminin yaradılması üçün Asiya İnkişaf Bankı Düşənbəyə 10 milyon dollar həcmində maddi yardım ayırıb.

 

Hafta.az yazır ki, bununla bağlı hazırlanmış saziş müqavilə sənədini Asiya İnkişaf Bankının Düşənbədəki ofisinin rəhbəri ilə Tacikistanın Maliyyə naziri Fayziddin Kahhorzoda imzalayıb. Qeyd olunub ki, Tacikistan əhalsiinin dördən üçü zəlzələ, sürüşmə, qar uçqunu və selin basa biləcəyi ərazilərdə məskunlaşıb. İqlim şərtlərinin dəyişməsindən doğan nəticələr isə pis planlanmış və fəlakətin vurduğu yerlərdə insanların ölümünə, yralanmasına və ən azından maddi ziyana uğramasına səbəb olur. Dünyanın ən yüksəkdə yerləşən dağ göllərindən olan Sarez gölü ilə bağlı hazırlanmış daha bir layihə ilə sel, yaxud da fəlakətlər üçün erkən və təcili xəbərdarlıq sistemi hazırlıqları görülərkən, digər yandan da buzlaqlarda araşdırmalar aparılacaq. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018