Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Misirlə Azərbaycan arasında dostluq əlaqələri uzun illərdir ki, mövcuddur" - Əhməd Sami Elaydi
Tarix: 12.10.2018 | Saat: 13:06:00
Bölmə:Mədəniyyət | çapa göndər

Misirin Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Xəzər Universitetinin Tarix fakültəsinin tələbələri ilə görüş keçirilib.

Hafta.az-a verilən məlumata görə, Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misirlə Azərbaycan arasında mədəni əlaqələrdən, eləcə də, Xəzər Universiteti ilə əməkdaşlıq haqda geniş məlumat verib. Bildirib ki, Misirlə Azərbaycan arasında dostluq əlaqələri uzun illərdir, mövcuddur. "Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas istiqamətlərindən biri də iki ölkə arasındakı əlaqələri daha da genişləndirməkdən, təhsil sahəsində əməkdaşlığı artırmaqdan, tələbə və müəllim mübadiləsini, beynəlxalq elmi konfransların, treninqlərin təşkilinin həyata keçirməkdən ibarətdir. Tələbələrin Qədim Misir sivilizasiyasına olan marağını nəzərə alaraq, universitet rəhbərliyinin təşəbbüsü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində bu tədbirin keçirilməsini yüksək qiymətləndirəm” deyib cənab Elaydi.

Daha sonra mərkəzin rəhbəri tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxuyub, Misirin tarixi və mədəniyyətinin əks olunduğu və film nümayiş olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018