Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “xəyanətkar azərbaycanlısı” - HƏFTƏ REYTİNQ
Tarix: 12.10.2018 | Saat: 19:40:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Ermənilərin faşist və irqçı “Pandukht” saytı Elnur Nəcəfzadə adlı bir jurnalistin dəstəyi ilə Azərbaycanda və Türkiyədə “Novruz əmi” kimi tanınan əfsanəvi polis rəisi və xalq hərəkatçısı Novruz Həsənov barədə yazdı. Musavat.com həmin Elnur Nəcəfzadə ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, Elnur Nəcəfzadə Azərbaycanın Xalq rəssamı, "Şöhrət" ordenli Kamil Nəcəfzadənin oğludur. K.Nəcəfzadə Azərbaycan kino və teatr aləmində tanınmış xadim sayılır. O, 1929-cu ildə Lənkəran şəhərində anadan olub. K.Nəcəfzadə “Bir cənub şəhərində”, “Bir məhəllədən iki nəfər”, “Bizi bağışlayın”, “Bağ mövsümü” və s. kimi kino həvəskarlarına yaxşı tanış olan filmlərin, habelə bir sıra teatr tamaşalarının quruluşçu rəssamı olub. K.Nəcəfzadə həm də Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin atasıdır. Təəssüf ki, belə kişilərin oğlu və qardaşı bu gün vaxtaşırı olaraq erməni saytlarında Azərbaycan əleyhinə yazılar dərc edərək birbaşa öz xalqına xəyanət edir.


Həftənin “prezident müəllimi”


1960-1980-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Sənaye Universiteti) Fizika kafedrasının əməkdaşı kimi çalışmış Dursun Hümbətovun xarici ölkə prezidentlərindən birinin müəllimi olduğu üzə çıxdı. Diaspor araşdırmaçısı Elnur Eltürkün yazısından bəlli olur ki, D. Hümbətov Azərbaycan Neft-Kimya İnstitutunda Xarici tələbələr fakültəsində fizika fənnini yüksək səviyyədə tədris edib və onun tələbələri sırasında hətta Anqolanın prezidenti Joze Eduardo Duş Santoş (José Eduardo dos Santos), bir sıra Afrika, Asiya ölkələrinin yüksək vəzifələri şəxsləri olub. Dursun müəllim 1990-cı ilin Yanvar hadisələri zamanı, 40 ilə yaxın üzvü olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsinin vicdansız rəhbərliyinin ölkəmizə zirehli texnika, ordu yeridərək kütləvi qırğın törətməsindən çox təsirlənib, ağır formada infarkt keçirib və bir müddət sonra dünyasını dəyişib.


Həftənin “məşhur psixi”


Amerikalı aktrisa və müğənni Selena Qomes növbəti dəfə əsəb pozuntusu səbəbindən xəstəxanaya düşdü. 26 yaşlı müğənni son iki həftədə ikinci dəfə xəstəxanaya yerləşdirilib. Onu həkimə qohumlarından biri gətirib. Qomes tez-tez qanda leykositlərin sayının az olması səbəbindən sağlamlığının pisləşməsindən şikayət edir. Qeyd edilib ki, müğənni xəstəxananı tərk etmək istəsə də, həkimlər buna icazə verməyib. Hazırda Qomes psixiatriya müəssisələrindən birində müalicə olunur.


Həftənin “səfehşünası”


ABŞ prezidenti Donald Tramp Çinə “amerikalıları səfeh sanmayın” deyə xəbərdarlıq etdi. Tramp “Fox News” telekanalının canlı yayımında Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazır olduğunu bəyan edib. “Əgər Pekin dayanmasa, Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazıram. Biz yüksək effektə nail olduq. Onların iqtisadiyyatı sürətlə geriləməyə başladı. Mənim bu prosesi gücləndirmək üçün imkanlarım var. Onlar uzun müddət yaxşı yaşayıblar. Mənə elə gəlir ki, onlar bizi səfeh sayırlar, lakin amerikalılar belə deyillər”, - deyə o vurğulayıb. Qeyd edək ki, Tramp bu bəyanatını ABŞ qiymətli kağızlar bazarının çökməsi fonunda səsləndirib.


Həftənin “papasevəri”


Beynəlxalq təcriddən çıxarmaq üçün səylərini artıran Şimali Koreya lideri Kim Çen In Roma Papası Fransisi rəsmən Pxenyana dəvət etdi. Cənubi Koreya prezidenti Mun Caenin sözçüsü Kim Eukyeom müxbirlərə deyib ki, prezident Mun Şimali Koreya liderinin dəvətini oktyabrın 17-də Roma Papası ilə görüşdə ona çatdıracaq. Keçən ay Pxenyanda sammit zamanı Kim Çen In prezident Muna Roma Papasının Şimali Koreyaya səfər etmək istədiyini deyib. Cənubi Koreya prezidentinin Roma Papası ilə görüşü onun Avropaya səfəri zamanı baş tutacaq. Prezident Mun Caen Avropa turu zamanı Danimarka, Fransa və İtaliyaya səfər edəcək.
Qeyd edilir ki, 2000-ci ildə də belə bir dəvət olub. Belə ki, ozamankı Şimali Koreya lideri Kim Conq İl Roma Papasını Şimali Koreyaya 2000-ci ildə dəvət etmişdi, lakin bu səfər baş tutmamışdı. Şimali Koreyanın konstitusiyası ilə din azadlığına icazə verilsə də, dini ibadət dövlət tərəfindən nəzarət edilərək məhdudlaşdırılıb.


Həftənin “atlet futbolçusu”


Avstraliyanın “Sentral Kost Mariners” klubunda çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurdu. 32 yaşlı yamaykalı sprinter "Makartur Saut Vest Yunayted"lə keçirilən yoldaşlıq matçında dubla imza atıb. Bolt sözügedən görüşdə komandasının son iki qolunun müəllifi olub. Qeyd edək ki, qarşılaşma “Sentral Kost Mariners”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Həftənin “kosmik qəzası”


Beynəlxalq Kosmik Stansiyaya uçmalı olan “Soyuz BS-10” raketinin ikinci pillə mühərrikləri startdan sonra söndü. Baykonur kosmodromundakı mənbənin sözlərinə görə, qəza startdan 119 saniyə sonra birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı baş verib. Qəza mayakı işə düşüb, kosmik gəmi hissələrə ayrılıb və paraşüt açılıb.
Hazırda ekipaj üzvlərinin – Rusiya kosmonavtı Aleksey Ovçininin və NASA-nın astronavtı Hik Heyqin sağ olduğu və Qazaxıstanda qəza enişi etdikləri bildirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018