Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan dili Misirdə təhsil nazirinin əmri ilə rəsmən tədris olunur” – Seymur Nəsirov
Tarix: 15.10.2018 | Saat: 10:00:00
Bölmə:Müsahibə | çapa göndər

Misirdə iki il əvvəl olmuşam. O vaxt bu böyük ərəb-müsəlman ölkəsində Azərbaycanın çox az tanındığını hiss eləmişdim və Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri də bizimlə həmfikir idilər. Amma ötən il (10 may 2017-ci il) Qahirədə Vətənpər – Azərbaycan Diaspor Təşkilatları Birliyininin fəaliyyət göstərdiyini, rəhbərinin də Seymur Nəsirov adlı elmli-bilikli soydaşımızın olduğunu eşitdim. Ona görə də Misirdə Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Seymur bəylə əlaqə yaratdım. İnternet üzərindən söhbətləşdik.

Məlum oldu ki, bu soydaşımız 23 ildir Misirdədir. Ali təhsilini tamamladıqdan sonra burada qalıb, həm doktorluq dissertasiyası üzərində elmi işini davam etdirir, həm də tədrislə məşğul olur. İki kitabın müəllifi olan bu Seymur Nəsirov çox sayda elmi araşdırmalar da aparıb. Nəticədə əslən azərbaycanlı olan 250-dək alim və ədib barədə məlumatları tapıb, üzə çıxarıb və bu haqda ərəb dilində yazılar yazıb. Ən vacibi isə, Qurani Kərimdə Azərbaycan sözünü aşkarlayıb. Deyir ki, Azərbaycanın adı Ğaşiyə surəsinin 17-ci ayəsində əks olunub. Bundan əlavə, Bakı nefti barəsində də Qurani-Kərimdə ayə mövcuddur. Nizami Gəncəvinin “Xəmsə” əsərinin 6 nüxsəsini Misir Kitab evində üzə çıxarıb. Deyir bu gün rəhbəri olduğu Diaspor Mərkəzində 17 ölkədən 160 tələbəyə pulsuz təhsil verilir. Hazırda Azərbaycan-Misir Dostluq Cəmiyyətinin yaradılması işi ilə məşğuldur və sair. Hətta xalqlar arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ötən il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə də təltif olunub.

Qısası, gəlin Seymur Nəsirovla söhbətimizi misralardan oxuyaq:

- 23 il əvvəl Əl- Əzhər Universitetinin dəvəti əsasında 36 tələbə ilə birlikdə Misirə gəlmişəm. Burada olduğum ilk vaxtdan diaspor fəaliyyəti ilə də məşğulam. O vaxtlar Azərbaycanı tanımırdılar, amma bu gün gördüyümüz işlər nəticəsində ölkəmizi çoxları tanıyır. Burada olduğum müddətdə çoxlu araşdırmalar aparmışam. Hazırda Azərbaycanla bağlı ensklapediya hazırlayıram. Ərəb mənbələrini araşdırdıqca onlarla, yüzlərlə azərbaycanlı alim, mütəfəkkirin adı, yaradıcılığı üzə çıxır. Elmi yaradıcılığımla yanaşı, bayaq qeyd etdiyim kimi, diaspor fəaliyyəti ilə də məşğul olurdum. 2017-ci il may ayının 10-da Vətənpər – Azərbaycan Diaspor Təşkilatları Birliyini yaratdıq. Bundan əvvəl də Misirdə bir neçə kiçik təşkilatımız vardı. Amma 2017-ci il aprel ayının 26-da səfirliyimizə toplaşan azərbaycanlı icmanın nümayəndələri daha güclü və mütəşəkkil diaspor təşkilatının yaradılmasının vacibliyini dilə gətirdilər. Dediyim kimi, məlum təşkilatı yaratdıq və rəhbəri də mən oldum. Təsir dairəmizə gəlincə, yüksək dairələrdə təmsil olunan şəxslərlə sıx əlaqələrimiz var. Mən hazırda Misir-azərbaycan Parlamentlərarası dostluq qrupunun koordinatoruyam.

- Misirdə nə qədər azərbaycanlı var və onları bir araya gətirə bilirsinizmi?

- Misirdə olduğum müddətdə çox sayda azərbaycanlı tələbə gəlib, bu ölkənin ali məktəblərində təhsil alıb, sonar da vətənə qayıdıb. Amma nəzərinizə çatdırım ki, son vaxtlar Misirdə yaşanan daxili siyasi hadisələrlə bağlı buradakı azərbaycanlıların sayı xeyli azalıb. Tam dəqiq say deyə bilmərəm. Çünki bunu hesablamaq da çox çətindir. Demək olar hər gün eşidirəm ki, ölkənin harasındasa bir azərbaycanlı ailə yaşayır. Məsələ ondadır ki, onların bir çoxu yaşadıqları yaşayış yerindən və digər fərqli səbəblərdən dolayısı səfirliyin və bizim təşkilatın keçirdiyi tədbirlərdə iştirak edə bilmirlər deyə, görüşə də bilmirik. Biz vətənimizə xidmət edirik. Xüsusilə elm sahəsində çalışmağımız bizə əlavə üstünlük verir. Ərəb mənbələrini araşdırarkən orada olan Azərbaycanla bağlı məlumatları tapıb, insanlara çatdırırıq.

- Misirin rəsmi dairələri təşkilatınızın fəaliyyətinə necə yanaşır, hər hansı şəkildə dəstək-filan verirlərmi sizə?

- Misir xalqı gözəl xalqdır, qonaqpərvər və yaxşılıq etməyi sevirlər. Amma mən onlardan diaspor fəaliyyətimə kömək ummuram. Yalnız Əl- Əzhər Universitetində 70 mindən artıq əcnəbi tələbə təhsil alır. Hansı ki, onların əksəriyyəti məhz Misir xalqının hesabına, dəstəyi ilə buradadır. Əlbəttə ki, mənim də nə zaman ehtiyacım olarsa, misirlilər öz köməklərini əsirgəməyəcəklər.

- Azərbaycanın Qahirədəki səfirliyi ilə əməkdaşlıq edirsiniz, səfirlik sizə işlərinizdə yardım göstərirmi?

- Tam səmimi deyirəm ki, Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan hər bir azərbaycanlının öz evi sayılır. Demək olar ki, bütün tədbirlərimizi birlikdə keçiririk. Səfirliyin hər bir tədbirinə mən şəxsən qatılıram, bizim diaspor təşkilatımızın tədbirlərində də səfirliyinin nümayəndələri mütləq iştirak edirlər. Əl-ələ verib çalışırıq. Başda səfir Tural Rzayev olmaqla səfirliyin bütün əməkdaşları ilə sıx dostluq münasibətimiz var.

- Mən Misirdə olarkən sadə qahirəlilərdən kimdən soruşdumsa Azərbaycan haqda nəinki heç nə demədilər, hətta ölkəmizin harda yerləşdiyini belə deyə bilmədilər. Məncə bu bizim Misir əhalisi arasında təbliğatımızın çox zəif olması və ya heç olmaması ilə bağlıdır. Sizin fikriniz necədir?

- Bəli, mən də Misirə ilk gəldiyimdə, gördüyüm insanlar nəinki Azərbaycanın harada olduğundan xəbərsiz idilər, heç onun adını tələffüz edə bilmirdilər. Bunun da əsas səbəblərindən biri Azərbaycanın təxminən 100 il ərzində SSRİ-nin tərkibində olmasıdır. Hansı ki, misirlilər SSRİ-ni Rusiya olaraq başa düşürdülər. Vaxtilə hətta Misirə gələn azərbaycanlı mütəxəssislər də SSRİ-ni təmsil edib, rus dilində danışıblar. Təbii ki, bu proses yeni nəsil olaraq bizim Azərbaycanımızı tanıtmaq yönümündə görəcəyimiz işləri də artırıb. İnşallah, növbəti dəfə Misirə gəldiyinizdə fərqli münasibətin şahidi olacaqsınız. İndi artıq çoxları Azərbaycan haqda məlumatlara malikdir. Adi bir faktı nəzərinizə çatdırım: 2017-2018-ci tədris ilində Misirin ən mötəbər universitetlərində və diaspor mərkəzimizdə 700-dən çox tələbəyə Azərbaycan dilini tədris eləmişik. Özü də sıradan dil kursu deyil, tam rəsmi fənn kimi tələbələrə öyrədilir. Hətta bu dildən imtahan verə bilməyənlər kursda qalırlar. Azərbaycan dili Misir təhil nazirinin əmri ilə rəsmən tədris olunur. Biz də vətənimiz Azərbaycanı bu yolla və layiqincə təmsil edirik. Bu gün Misir telekanallarında tez-tez, özü də saatlarla Azərbaycanla bağlı verilişlər yayımlanır. Məsələn, dünən axşam “Nil” telekanalında diasporumuzun xanım üzvləri ilə birlikdə Azərbaycanla bağlı 40 dəqiqəlik veriliş təşkil etdik.

- Qahirədə görüşdüyüm Misirin Ali Təhsil nazirinə təklif etdim ki, ən azından universitetlərdə dost ölkələrin tanıtımına dair dərslər verilsin və ya kurslara cəlb olunsun tələbələr.Əlbəttə, bu dost ölkələrdən biri də Azərbaycan olsun. Nazir dedi ki, Azərbaycan səfirliyi onları əyani vəsaitlərlə təmin edərsə, bu işi reallaşdıra bilərlər. Yəni Misirin ali təhsil müəssisələrində Azərbaycanla bağlı təbliğat aparıla bilər. Diaspor təşkilatı olaraq bu barədə ne deyə, ümumiyyətlə, bu müstəvidə nə kimi işlər görə bilərsiniz?

- Sizin dedikləriniz və arzuladıqlarınız artıq həyata keçirilir. Bu gün Misir universitetlərində Azərbaycan dili tədriz olunur. Şəxsən mən Qahirə Universitetində dərs deyrəm, yoldaşım isə Əl-Əzhər Universitetində müəllimədir. Hazırda çalışırıq ki, Misirin digər universitetlərində də Azərbaycan dili tədris edilsin. Bu gün diaspor təşkilatımızda iki qrupda Azərbaycan dili öyrədilir. Biz gündən-günə fəaliyyətimizi genişləndiririk. İki ay əvvəl 37 nəfər Azərbaycan dilini öyrənmək üçün bizə müraciət edib. Başa düşürük ki, reklamları, təbliğat və təşviqatı artırmalıyıq. Önu da deyim ki, biz Azərbaycan dilini tam havayı tədris edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018