Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gömrükçülər avtomobildə 240 ədəd mobil telefon aşkarladı
Tarix: 15.10.2018 | Saat: 11:10:00
Bölmə:Hadisə | çapa göndər

İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi "Toyoto Prado" markalı avtomobil saxlanılıb.

DGK-dan hafta.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə, J.Alməmmədova üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı "Toyoto Prado" markalı avtomobilin ön tarpedasının içindən və yük yerinin qapısının örtüyünün altından 20 ədəd üzərində "X-inova 360" yazısı olan, 24 ədəd üzərində "X-inova T210" yazısı olan, 5 ədəd üzərində "X-inova 216" yazısı olan, 23 ədəd üzərində "ETEL-E6" yazısı olan, 21 ədəd üzərində "D-Horse" yazısı olan, 20 ədəd üzərində "Kgtel" yazısı olan, 9 ədəd üzərində "odscn X2-O2" yazısı olan, 15 ədəd üzərində "Etel-e1" yazısı olan, 15 ədəd üzərində "Rivoco-V6" yazısı olan, 15 ədəd üzərində "Rise-D600" yazısı olan, 15 ədəd üzərində "Rise-T10" yazısı olan, 4 ədəd üzərində "Kibosun" yazısı olan, 15 ədəd üzərində "B-oker" yazısı olan, 4 ədəd üzərində "odscn 6700" yazısı olan, 6 ədəd üzərində "Kgtel-K349" yazısı olan, 21ədəd üzərində "X-inova 1207T" yazısı olan, 1 ədəd üzərində "ETEL-E10" yazısı olan, 6 ədəd üzərində "X-PO-X6" yazısı olan,1 ədəd üzərində "kufly-k 2000" yazısı olan, ümumilikdə 240 ədəd mobil telefonlar və 2 ədəd telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018