Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda mobil operatorlara məxsus baza stansiyalarından oğurluq edilib - FOTO
Tarix: 15.10.2018 | Saat: 10:32:00
Bölmə:Hadisə | çapa göndər

Paytaxtın Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub.

DİN-dən hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar. Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2019
22.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
“Sazişdə əsas məqam Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi olacaq” – Aydın Mirzəzadə
Metro çıxışlarında kəskin qoxulu səyyar köşklərə kimlər nəzarət edir? - FOTOLAR
“Azərbaycanı istəməyən qüvvələr ideoloji təxribatla məşğul olurlar" - FƏZAİL İBRAHİMLİ
Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır Vüsal Qasımlı
Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik
Avropa İttifaqının Biznes Missiyası Lənkərana səfər edib
Prezident İlham Əliyev Çexiya Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb